“Məişət abonentlərinin mövcudya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 483

 Bakı şəhəri, 17 dekabr 2019-cu il

 

“Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (II kitab), maddə 1659) ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcudya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.20-ci bəndin birinci cümləsində və 2.22-ci bənddə (hər iki halda) ismin müvafiq hallarında “müvafiq yerli icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.

2. 2.21-ci bənddə “Müvafiq yerli icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 19 dekabr.- S.10.