Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq
edilmiş “Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişikliklər
edilməsi haqqında” 2016-cı il 22 fevral tarixli 77 nömrəli və “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2006-cı il 12 iyun tarixli 143 nömrəli qərarı ilə təsdiq
edilmiş “Elektron
sağlamlıq kartı” sisteminin tətbiqi
Qaydaları”nda dəyişiklik edilməsi barədə”
2016-cı il 22 fevral tarixli 78 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 486
Bakı şəhəri, 18 dekabr
2019-cu il
“15
yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının
fərdi identifikasiya kartının tətbiqi müddətləri
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1666-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 26 avqust tarixli 1396 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31
oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 22 fevral tarixli 77 nömrəli Qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2
(II kitab), maddə 389) 2-ci hissəsində “2020-ci” sözləri
“2022-ci” sözləri ilə əvəz edilsin.
2.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12
iyun tarixli 143 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi
Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 fevral tarixli
78 nömrəli Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə
390) 2-ci hissəsində “2020-ci” sözləri “2022-ci” sözləri
ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 20 dekabr.- S.6.