“Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili
Qaydaları”nın və “Giriş-çıxış və
qeydiyy at” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından
istifadəyə buraxılış dərəcəsi”nin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
¹ 487
Bakı şəhəri,
18 dekabr 2019-cu il
“Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3
iyun tarixli 717 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 1, maddə 29; 2013, ¹ 8, maddələr
999, 1033; 2014, ¹ 5, maddə 561, ¹ 6, maddə 747; 2016, ¹ 8, maddə
1453, ¹ 9, maddə 1585; 2017, ¹ 1, maddə 122, ¹ 5, maddə 963, ¹
10, maddə 1880, ¹ 11, maddə 2185; 2018, ¹ 3, maddə 616, ¹ 11,
maddə 2449; 2019, ¹ 1, maddə 163) ilə təsdiq edilmiş 1
nömrəli əlavə - “Giriş-çıxış və
qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının təşkili
Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
4.2-1-ci bəndə “müvəqqəti aparan” sözlərindən
sonra “, həmçinin bu Qaydaların 6.7-1.2-ci yarımbəndində
nəzərdə tutulan” sözləri əlavə edilsin.
2.
Aşağıdakı məzmunda 4.2-1.3-cü yarımbənd
əlavə edilsin:
“4.2-1.3.
bu Qaydaların 6.7-1.2-ci yarımbəndində nəzərdə
tutulan fiziki şəxslərə gömrük nəzarəti
formalarının tətbiq edilməsi.”.
3.
6.7-1.1-ci yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 6.7-1.2-ci yarımbənd
əlavə edilsin:
“6.7-1.2. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 20 dekabr.- S.6.