Aqrar sahədə innovativ

texnologiyalar tətbiq edilir 

 

Prezident İlham Əliyevin son 16 ildə ulu öndərin strategiyasından qaynaqlanan sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyənləşdirərək, innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirib, yüksək rəqabət qabiliyyətli diversifikasiya olunan iqtisadiyyatın formalaşmasını sürətləndirib. Azərbaycanda yaradılan böyük iqtisadi potensial aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edib.

 

Son illərdə aqrar sektorda da innovativ texnologiyaların geniş tətbiqinə, müasir idarəetməyə mühüm önəm verilir. Məhz bunun nəticəsidir ki, ötən müddətdə mövcud sahədə məhsuldarlığın artmasına nail olunub. Məsələn, cari təsərrüfat ilində dislokasiya sisteminin qurulması, xüsusilə müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara “GPS” quraşdırılması onların düzgün dislokasiyası nəticəsində taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner çox məhsul əldə edilib.

Aqrar sahədə innovativ texnologiyaların tətbiqindən danışarkən, bir yeniliyi xatırlatmaq istərdik. Respublikada ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin rəhbərliyi ilə ozonlaşdırma texnologiyası hazırlanıb. MAA-nın təşəbbüsü ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun mütəxəssisləri tərəfindən ozonlaşdırmanın kənd təsərrüfatında tətbiqi əsasında taxıl istehsalının az məsrəflə, habelə ekoloji təmiz üsullarla artırılması, məhsulun ekoloji təmiz itkisiz saxlanılması üzrə elmi-tədqiqat sınaq işləri aparılıb, mühüm nəticələr əldə edilib.

Respublikamızda çəltik əkinlərinin elmi əsaslarla həyata keçirilməsi ilə bağlı son illər xeyli görülüb. Hazırda bu sahədə əl əməyi, demək olar ki, aradan qaldırılıb. Əkindən başlayaraq, məhsulun yığımına kimi, bütün proseslər mexanikləşdirilib. Məsələn, respublikada, ilk dəfə olaraq, cənub bölgəsində çəltik şitilləri Koreyadan gətirilən ən müasir maşın mexanizmlərdən istifadə edilməklə əkilib biçilib. Müasir texnologiyanın tətbiqi nəticəsində keçən il çəltiyin əkin sahəsi 2017-ci illə müqayisədə 2 dəfədən çox artırılaraq, 5,1 min hektara çatdırılıb. İstehsal 2,9 dəfə yüksələrək (10,6 min ton) 16,2 min tona çatıb orta məhsuldarlıq 31,1 sentner/hektar olub.

Artıq ölkəmizdə pambığın da innovativ texnologiya əsasında yetişdirilməsinə başlanılıb. Ucarda bu il təcrübə üçün ayrılan 10 hektarlıq pambıq sahəsi Çin texnologiyası əsasında, Beyləqan rayonunun Mil Təcrübə Stansiyasında isə innovativ texnologiya (damlama suvarma sistemi) ilə becərilib.

Məhz həyata keçirilən tədbirlər sayəsində bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 900,3 milyon manat təşkil edib ki, onun da 3 350,8 milyon manatı heyvandarlıq, 3 549,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dekabr ayının 1-nə kimi sahələrdən 1 milyon 637,6 min ton ya keçən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çox tərəvəz 993,8 min ton (11,7 faiz çox) kartof yığılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə 447,6 min ton (11,5 faiz çox) bostan məhsulları, 1 milyon 75,8 min ton (7,8 faiz çox) meyvə giləmeyvə, 194,1 min ton (25,4 faiz çox) üzüm, 911,3 ton (4,9 faiz çox) yaşıl çay yarpağı, 34,5 min ton (42,9 faiz çox) dən üçün günəbaxan, 236,4 min ton (16,9 faiz az) şəkər çuğunduru, 292,5 min ton (32,7 faiz çox) pambıq 5,9 min ton (3,3 faiz çox) tütün toplanıb.

Dekabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 294 min 546 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz çoxdur. Keçən il dekabrın 18-dək 228 min ton pambıq tədarük olunmuşdu.

Qeyd edək ki, bu il Azərbaycanda 100 min 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 min 741 hektar), Ağcabədi (10 min 452 hektar), Biləsuvar (10 min 257 hektar), Bərdə (10 min 140 hektar), Beyləqan (9 min 706 hektar), Sabirabad (8 min 630 hektar) İmişli (7 min 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardır.

Hazırda aqrar sahədə innovativ texnologiyaların tətbiqi istiqamətində genişmiqyaslı elmi-tədqiqat işləri aparılır. Əkinçilik Elmi-Tədqiqat İnstitunundan bildirilib ki, qarşıdakı beş il ərzində sözügedən istiqamətdə həyata keçiriləcək hədəflər sırasına ölkənin suvarılan dəmyə bölgələri üçün rəqabətqabiliyyətli yumşaq buğda, arpa, yonca, qarğıdalı, noxud, tütün sortlarının yaradılması daxildir. Təbii yem sahələrinin səthinin yaxşılaşdırılması texnologiyası, suvarılan bölgələrdə taxıl əkinləri altında innovativ resursmühafizəedici texnologiyalarının elmi praktiki əsaslarının işlənib hazırlanması üzərində işlər aparılacaq.

Üzümçülük Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təqdimatında isə qeyd edilib ki, beş illik hədəflərə üzümün seleksiyası üzüm genofondunun səmərəli istifadəsi məsələləri daxildir. Keyfiyyətli, əmtəəlik görünüşlü tezyetişən çox gecyetişən yeni süfrə kişmişi üzüm sortlarının yaradılması institutun hədəfləri sırasındadır. Şampan şərab materialı oynaq şərabların istehsalı məqsədilə yüksək turşuluq toplayan, davamlı, məhsuldar yeni texniki üzüm sortlarının yaradılması, bioloji baxımdan təmiz, fillokseraya davamlı calaq-tinglərinin yetişdirilməsi elm müəssisəsinin qarşıda duran vəzifələrindəndir.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təqdimatında isə yaxın beş ildə kənd təsərrüfatı heyvanlarının invazion infeksion xəstəliklərinin molekulyar biologiya səviyyəsində diaqnozunun qoyulması, xəstəliklərin qarşısının alınmasında innovativ müalicə profilaktiki tədbirlər sisteminin hazırlanması, ipəkqurdunun yemlənməsi üçün süni yemin istehsalı texnologiyasının formalaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Üzümçülükdə istifadə edilən əsas köməkçi materialların yerli istehsalının təşkili məqsədlə Aqrar Elm İnnovasiya Mərkəzinin Üzümçülük Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Əməkdaşlıq müqaviləsində məqsəd Neft-Kimya Prosesləri İnstitutunda sintez edilən və üzümçülükdə istifadə olunan gübrələrin, boy maddələrinin, funqisidlərin birgə sınağının həyata keçirilməsi, onların səmərəliliyinin müəyyən edilməsi, geniş yayılmasını həyata keçirməkdir. Bundan başqa, üzümün emal məhsullarının qalıqlarından səmərəli istifadə edərək onlarda bioloji aktiv maddələrlə zəngin olan birləşmələrin alınması, məqsədyönlü istifadəsi və tətbiqi istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan ən başlıcası üzüm toxumundanüzüm yağı”nın alınmasıdır. Müqaviləyə əsasən, hər iki institutun əməkdaşları tərəfindən tingçiliyin innovativ texnologiyalarla inkişafı ilə bağlı üzüm əkin materialının sürətli artırılması, ting çıxımının yüksəldilməsi məqsədilə sözügedən institutda sintez edilən boy maddələrin sınaqdan keçirilməsi və səmərəli nümunələrin müəyyən edilməsi ilə bağlı tədbirlər reallaşdırılacaq.

 

Xalq qəzeti.- 2019.- 21 dekabr.- S.9.