Gənclərin dövlət idarəçiliyinə cəlb

edilməsi islahatların dinamizmini artırır

 

Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılmışdır. Sevindirici haldır ki, dövlət idarəçiliyində həm milli ruhlu, həm də işinin peşəkarı olan kadrların önə çəkilməsi artıq ənənə halını almışdır. Dövlət başçısının perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması, cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində yüksək səviyyəli kadr bazasının yaranmasına töhfə verməkdədir.  Vaxtılə Azərbaycana uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin apardığı siyasətin mərkəzində də məhz bu istiqamət prioritet idi. Onun əsas devizi dövlət idarəçiliyində səmərəli, təşəbbüskar, xalqını düşünən kadrların idarəçiliyə cəlb edilməsi idi. 

 

Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan günüməzədək gənclər siyasəti üzrə bir sıra qanunlar qəbul edilmiş, müxtəlif illər üzrə inkişaf konsepsiyaları hazırlanmış, gənclər sektorunda görünməmiş uğurlara imza atılmışdır. Son bir ildə dövlət başçısının apardığı kadrstruktur islahatları ilə yadda qalan proseslərdə də, perspektivli, təcrübəli gənclərin dövlət idarəçiliyində mühüm postlara təyin olunmasının kifayər qədər nümunələrini görmək mümkündür. Şübhəsiz ki, bütün bu addımlar Azərbaycanda insan inkişafının daha da yüksəlməsinə, əhalimizin sosial-iqtisadi problemlərinin həllinə yönəlik çevik, ekspress yanaşmanın ortaya qoyulmasına xidmət edir.

Ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu bu zəngin təcrübəyə əsaslanaraq, eləcə də beynəlxalq təcrübəyə istinad edərək idarəçilik mədəniyyəti yüksək olan, yeniləşən dünyamızın tələblərinə cavab verən kadr bazasını genişləndirmək bu gün dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan, Prezident İlham Əliyevin qeyd etdiyibiz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır”-- fikri modern dünyamızın həlli vacib hadisəsi olaraq dəyərləndirilir və bu işin təşkili üçün müvafiq qərarlar qəbul edilir. Belə ki, gənclərin  dövlət idarəçiliyinə cəlb olunması, onların potensialının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılması, könüllülük hərəkatının genişləndirilməsi mühüm tələbə çevrilib.

Gənc kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugünü, həmçinin gələcəyi də çox asılıdır. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bu gün ölkəmizdə aparılan islahatlar dövlətimizin qarşısında təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durmaqdadır.  Bu baxımdan, təbiidir ki, indi idarəetmə kadrlarının nəzəri və praktiki hazırlığı məsələlərinə olan tələb də artır. İndi hazırlanan kadrlar gərək ekstremal vəziyyətlərdə düzgün, məntiqli qərar qəbul etmə, konkret şəraitə uyğun vəzifələrin öhdəsindən gəlmə, mühakimə bacarığına malik olmaq kimi keyfiyyətlərə yiyələnməlidirlər. Onlar dövlət idarəçiliyində bu kimi keyfiyyətlərini ortaya qoymağı bacarmalıdırlar. Odur ki, bu vəzifələrə uyğun kadrlar hazırlanması, onların səriştəliliyi, peşəkarlığının artırılması işidaim təkmilləşməli, kadrların elmi nəzəri səviyyəsi yüksəldilməli və praktiki təcrübələri artırılmalıdır. Bunun üçün tədris prosesinin təşkili, onun forma və metodları da təkmilləşdirilməli, inkişaf etdirilməli, informasiya təminatı lazımi səviyyədə olmalıdır.

Bu mənada yerləşdiyi regionda lider dövlətə çevrilmiş Azərbaycanın mövqelərini qoruyub saxlayan, daha da inkişaf etdirə biləcək peşəkar kadrların yetişdirilməsi üçün təhsil sistemi idarəetmə kadrlarının hazırlığı sahəsində dünyadakı qlobal meyilləri diqqətlə izləməli və tədrisin optimal modellərinin axtarışını daim davam etdirməli, bu sahədə dünyadakı ən yaxşı nümunələrə uyğunlaşmalı və öz işini ona uyğun qurmalıdır.

Bir sıra məmurlar tərəfindən dövlət orqanlarının fəaliyyətində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin aşağı olması, dövlət xidmətlərinin göstərilməsi zamanı standartların pozulması halları cəmiyyətdə birmənalı qarşınamır. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfındən göstərilən xidmətlərdən vətəndaşların narazı qalması, vətəndaş məmnunluğunun təmin olunmaması dövlətin apardığı islahatlarla, Preziden İlham Əliyevin tapşırıq və tövsoiyyələri ilə ziddiyyət təşkil edir. Buna görə də, gənc kadrların, ilk növbədə, dövlət-vətəndaş münasibətlərinin düzgün tənzimlənməsində bütün güclərinə səfərbər etmələri, xalqın ximətçisi funksiyasını dərindən dərk etmələri mütləq şərtdir. Vətəndaşlara xidmət göstərilməsi prosesində bürokratik süründürməçilik, süni inzibati maneələrin yaradılması dövlət qulluqçusunun nüfuzunu zədələməklə yanaşı, “vətəndaş-dövlət qulluqçusu münasibətlərində uçurum yaradan faktorlardandır. Bu baxımdan, dövlət başçısının yeni təfəkkürlü insanların, innovasiyalara meyilli, vətənpərvər kadrların irəli çəkilməsini qeyd etməsi günün reallığıdır.

Bu gün müasir dünyagörüşlü, savadlı, vətənpərvər gənc kadrların formalaşdırılması, irəli çəkiməsi, mühüm  dövlət postlarına rəhbər vəzifəyə gətirilməsi kadr siyasətinin tərkib hissəsi kimi qəbul olunmaqdadır.  Bu işin öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsi üzərində qurulmasına önəm verilməyə başlanmışdır. Təsadüfi deyildir ki, 2019-cu il iyulun 26-da Azərbaycan Prezidentinin sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Müsabiqədə məqsəd intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin  müəyyən edilməsi, dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının inkişaf etdirilməsidir. Gördüyümüz kimi, dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi, mühüm vəzifələrin onlara həvalə olunması, etibar edilməsi üçün layiqli və ədalətli seçimin aparılması üçün prosedur mövcuddur. Bu prosedur imkan verəcək ki, gənc kadrların irəli getməsini əngəlləməyə çalışan qüvvələrin təsir imkanları azaldılsın.

Lakin bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, dövlət idarəçiliyində gənc kadrların müəyyənləşməsi, yüksəlməsinin təbii proses olaraq aparılması üçünPrezident öz tövsiyələrini vermişdir. Dövlət başçısı bu prosesin xüsusi kampaniya kimi deyil, gənclərin  təcrübəli insanların bilik və bacarıqları ilə vəhdətinin qurulması,  inkişaf etdirilməsi kimi başa düşülməsini tövsiyyə etmişdir. Noyabr ayında Prezidentin YevlaxXaçmaz rayonlarına təyin etdiyi gənc icra hakimiyyəti başçılarını qəbul etməsi, onlara zəruri tapşırıqlar verməsi, o cümlədən əhali ilə sağlam münasibətlərin qurulması istiqamətində verdiyi tövsiyələrdə bu prosesə aydın izah verilir.

Prezident bildirir ki, indi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir: “Bu, təbii prosesdirbiz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub-- əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Birki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Gedin işə başlayın və bir daha deyirəm ki, Prezidentin və xalqın yüksək etimadını doğruldun”.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2019.- 21 dekabr.-S.7.