Pambıqçılığın
inkişafı məşğulluğun
təmin edilməsinə
mühüm təsir göstərir
Bu il dekabrın
19-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin yanında
pambıqçılıq mövsümünün
yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə
bağlı müşavirə keçirildi.
Müşavirədə Prezident
son illər ərzində ölkənin aqrar sektorunun
inkişafında əldə olunmuş
naliyyətləri yüksək qiymətləndirərək, bu sektorda istehsal
edilən strateji məhsul olan
pambıq tədarükündə nəzərə çarpan nəticələrə yüksək
qiymət verdi.
Bütövlükdə yola saldığımız ildə iqtisadiyyatın bütün sahələrində əldə olunan pozitiv nəticələr aparılan iqtisadi islahatlarınn ruhuna tam uyğundur. İqtisadiyyatımız bu il artıq böhrandan sonrakı sürətli inkişaf yoluna qədəm qoydu.
Cari ilin ilkin yekunları da bunun deməyə
əsas verir. Biz ilk dəfədir ki, ümumdünya böhranının
müəyyən geriləmələr
yaratdığı 2016-cı ildən sonra, əsaslı iqtisadi artımları qeydə almağa başlamışıq.
Cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatının qeyri-nrft
sənayesində 4 faizə
yaxın bir artım əldə olunmuş, qeyri-neft sənayesində 14 faiz, kənd təsərrüfatında
7 faiz artım qeydə alınmışdır.
Ümumiyyətlə, 2013-cü ildən
bu günə qədər qeyri-neft sektorundan ixracımızın
həcmində baş
verən geriləmələr,
nəhayət ki, bu il pozitiv nəticələrlə
yekunlaşır. Cari ilin
ötən dövrü
ərzində real sektordan
ixracımızın həcmi
7 faizə qədər
arta bilmişdir.
Bu isə o deməkdir
ki, artıq iqtisadiyyatımızın neft
gəlirlərindən asılılığının
aradan qaldırılması
yolunda ciddi bir uğura imza atılmışdır.
Son illər ərzində
bizi ümumi islahatlarımızın ən
yaxşı göstəricilərindən
biri və heç şübhəsiz
birincisi olan qeyri-neft sektorunda ixracımızın həcmi
daha çox düşündürüdü. Prezidentin müəllifliyi
və rəhbərliyi
ilə aparılan uğurlu islahatlarla biz bu sahədə işləri yeni bir müstəviyə daşıya bildik. Gələn il
və ondan sonrakı dönəmlərdə
bu ənənənin davamlı olacağı isə heç şübhə döğurmur.
Bütün bu uğurlar ölkə iaqtisadiyyatının
güzgüsü olan
Dövlət büdcəmizin
növbəti il üçün gəlir və xərclərində də
öz əksini olduqca aydın bir şəkildə tapdı. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri
2017-ci ilin büdcəsinin
faktiki gəlirlərindən
7 milyard 618 milyon manat və ya
46,1 faiz, xərcləri isə müvafiq olaraq 9 milyard 319 milyon manat və ya
53 faiz çox olacaqdır. İki il ərzində
büdcənin gəlir
və xərclərində
belə böyük artımların baş verdiyi bir başqa
nümunə tapmaq mümkün deyil.
Büdcədə neftin qiymətinin
2019-cu illə müqayisədə
8,3 faiz az (bir barel üçün
55 dollar) proqnozlaşdırıldığı
halda, gəlirlərdə
nəzərdə tutulan
artım demək olar ki, bütövlükdə
qeyri-neft sektoru hesabına təmin ediləcəkdir. Ölkədə
aparılan iqtisadi islahatların uğurlu nəticələri bir sosial dövlət kimi Azərbaycanın öz vətəndaşlarının
sosial müdafiəsini
yüksək səviyyədə
təmin etmək şansları verdi.
Yola saldığımız
2019-cu ildə ölkə
Prezidentinin imzaladığı
iri maliyyə tutumlu sosial zərflərlə nəzərdə
tutulan tədbirləri
və eyni zamanda, növbəti ildə reallaşacaq sosial müdafiə tədbirlərini maliyyələşdirmək
üçün 2020-ci ilin
büdcəsində əlavə
4 milyard manat vəsait nəzərdə
tutulub. Bütövlükdə isə növbəti
ilin büdcəsində
sosial xərclərin xüsusi çəkisi 40
faiz yaxınlaşır.
Bu, doğrudan da, sosial bir
dövlətin büdcəsidir.
Onun sosial büdcə ola
bilməsini şərtləndirən
yeganə əsas isə ölkə iqtisadiyyatının dayanıqlığı
və aparılan islahatların səmərəliliyidir.
Büdcənin gəlirlərini və müvafiq olaraq xərclərini isə yalnız bu yolla artırmaq
mümkündür.
Ölkəmizin iqtisadiyyatına ciddi töhvə verən sahələrdən biri də aqrar sektordur. Aqrar sektorun
pambıqçılıq sahəsi
isə getdikcə öz əvvəlki şöhrətini qaytarmağa
başlayıb. Pambıq tək
möhkən valyuta gətirmir, həm də ölkə iqtisadiyyatına, onun emal sənayesinin və yüngül sənayenin inkişafına
ciddi töhfələr
verir.
Bu il pambıq
yığımı sahəsində
rekord göstərici əldə olunub. Son illərin ən
yüksək göstəricisinə
imza atılıb və 294 min ton pambıq yığılıb. Bu qədər
pambıq yığılmasının
bir üstün cəhəti də ondan ibarətdir ki, 4 il bundan
əvvəllə müqayisədə
1 hektardan yığılan
pambığın həcmi
iki dəfəyə qədər artaraq, hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da
çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda
inkişafla bağlı
atılan bütün
addımlar öz səmərəsini verməkdədir.
Bir neçə il ərzində
bu sahədə belə yüksək uğurun qazanılması
yalnız dövlətin
bu sahəyə göstərdiyi xüsusi qayğının nəticəsində
mümkün ola bildi.
Bu gün özünə
hesabat verməyən bir çox həvəskarlar Azərbaycanda
pambıqçılığın inkişafına dövlət
dəstəyini tənqid
etməyə cəhd göstərirlər. Onlar unudurlar ki, Azərbaycan aqrar ölkədir və coğrafi yerləşməsinə
görə əldə
etdiyi iqlim imkanları onu bu strateji məhsulun
istehsalının ən
uyğun bölgələrindən
birinə çevirib.
Əgər belə olmasaydı,
Azərbaycanda hələ
1913-cü ildə 100 min hektarda
pambıq əkilməzdi.
Belə olmasaydı, Azərbaycan 1981-ci ildə
bir milyon ton pambıq yığılmasına
nail ola bilməzdi.
Yeri gəlmişkən,
1981-ci ildə Azərbaycanda
bir milyon ton pambıq istehsal olunmuşdusa, bu rəqəm 2015-ci ildə
35 min tona düşdü,
yəni təqribən
29 dəfə azaldı. Bütövlükdə isə 2015-ci ildə cəmi 18 min hektar sahədə pambıq əkilmiş və 35 min
ton məhsul tədarük
edilmişdi.
Sovetlər birliyi dağıldıqdan
sonra Azərbaycanda bir çox başqa sahələr kimi, pambıq istehsalı da ciddi tənəzzülə
uğradı. Müşavirədə
Prezident İlham Əliyev bu məsələyə münasibətini
belə açıqladı:
“Ona görə görəndə ki, biz pambıqçılıq sahəsini
də itiririk və bu, böyük
problemlərə gətirib
çıxarar, mən
dərhal göstəriş
verdim, bu məsələ ilə özüm məşğul
olmağa başladım”.
Bəli,
bu gün pambıqçılıqda əldə
olunan uğurlar bilavasitə cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlət
başçısının təşəbbüsü və
şəxsi nəzarəti
ilə 4 il
ərzində ölkədə
pambıq istehsalı
9 dəfəyə qədər
arta bildi.
Dövlətin dəstəyi olmadan bu uğurun qazanılması mümkün deyildi. Pampıq yığımı üçün dövlət tərəfindən büdcədən yüz milyonlarla manat vəsait xərclənərək, son üç il ərzində 15 min 700 texnika, o cümlədən 400-dən çox pambıqyığan kombayn alınmışdır.
Bir sözlə, 2017-2020-ci illəri əhatə edən Dövlət proqramı çərçivəsində dörd il ərzində pambıqçılıq demək olar ki, dirçəldi və bu sahədə ən yüksək nəticələr əldə olundu.
Pambıqçılığın inkişafına dövlət dəstəyinin daha bir bariz nümunəsi bu sahəyə büdcədən verilən subsidiyalar və pambığın alış qiymətidir. Belə ki, 2016-cı ildən pambığın hər kiloqramına görə, istehsalçılara dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanmışdır. 2015-ci ildə pambığın satınalma qiyməti 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildən bu rəqəm 65 qəpiyə qaldırıldı. Hər hektara güzəştlər 10 manatdan 50 manata çatdırıldı. Gübrələr üçün güzəştlər isə 100 manatdan 150 manata qaldırıldı. Bütün bu addımlar dövlətin bu sahəyə göstərdiyi diqqətin və önəmin təzahürüdür.
Əlbəttə, Azərbaycan hökuməti ölkədə pambıqçılığı inkişaf etdirərkən, paralel olaraq sosial amili də həmişə diqqət mərkəzində saxlayır. Belə ki, hazırda ölkəmizin 20 rayonunda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əmək fəaliyyəti ilə məşğuldur. Hər ailədə 5-6 nəfər insanın yaşadığını nəzərə alsaq, nə qədər insanların ailə büdcəsinin formalaşmasında pambıqçılığın rolunun olduğunu da aydın görmək olar.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2019.-
22 dekabr.- S.6.