Ümummilli liderin inam və ümidlərini,

xalqın etimad etibarını doğruldan Prezident 

 

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinə onun ideya və əməllərinin ən sadiq davamçısı  Prezident İlham Əliyevin rəhbərlik etməsinin 16-cı ili tamam oldu. Xalqımız üçün taleyüklülüyü ilə önəmli olan, ölkəmiz üçün bir-birindən uğurlu keçən bu illər çağdaş Azərbaycan tarixinə müstəqil, qüdrətli dövlət quruculuğunun hərtərəfli yeniləşmə və ümumi  tərəqqi mərhələsi kimi daxil olmuşdur.

 

Dünya üçün risklərlə dolu olan bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaq üçün müstəsna siyasi-diplomatik məharət, eyni zamanda, strateji hədəflərin düzgün müəyyənləşdirilməsi tələb olunur. Ötən dövrdə həyatın bütün sahələrində əldə olunan nəticələr dönə-dönə sübut etmişdir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev dünya miqyasında qəbul edilən yeni tipli siyasətçi və öz xalqının alternativsiz milli lideridir. Təsadüfi deyil ki, ötən illərdə zəmanəmizin məşhur yazıçısı Çingiz Aytmatov Azərbaycan Prezidenti İlham Əliyevi “qloballaşan dünyanın müasir liderinin etalonukimi xarakterizə etmişdi.

Müstəqil Azərbaycan dövləti İlham Əliyevin ölkəmizə ali rəhbərliyi illərində Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Azərbaycan xalqının sevilən və hərtərtəfli dəstək qazanan prezidenti kimi ən yüksək bir imic qazanmış cənab Prezident çox böyük hörmət və şöhrət mərtəbəsinə yüksəlmişdir. Dövlət rəhbərinin uğurlu daxilixarici siyasəti nəticəsində hazırda ölkəmizin beynəlxalq aləmdə nüfuzu çox yüksəkdir və bu proses durmadan davam edir.

Azərbaycan Respublikası xalqımızın ümummilli lideri, qüdrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu onun siyasi varisi Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində dünya birliyindəki mövqeyini möhkəmləndirir və inamla irəliləyir. Ulu öndərin siyasi kursu dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Ölkənin iqtisadisosial inkişafı, demokratik cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi dəyərlərin inkişafı istiqamətində görülən işlər, bütövlükdə, müstəqillik amilinin praktik baxımdan bərqərar olmasına yönəlmişdir.

Son 16 ildə ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinin labüdlüyü, ilk növbədə, Azərbaycanın dövlətçilik maraqlarının gerçəkləşdirilməsi ilə şərtlənmişdir. Belə bir zamanda Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti həmin siyasətin  uğurlarını öz həyatının başlıca təminatı kimi qəbul edən xalqımızın sosial sifarişi kimi meydana çıxmışdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ümummilli lider Heydər Əliyevin xalq qarşındakı ən böyük xidməti də məhz müəllifi olduğu siyasi xəttin davamlılığını təmin etməsi, respublikamızın gələcək uğurlarına etibarlı təminat yaratması olmuşdur.

Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu kursun davam etdirilməsi istəyinin cəmiyyətdə ciddi sosial sifarişə çevrilməsi isə ulu öndərin öz siyasətində hər bir vətəndaşın maraq və mənafelərini incəliklə nəzərə alınmasından irəli gəlmişdir. Yalnız ümummilli lider Heydər Əliyev kimi böyük dühanın ən yaxın çevrəsində zəngin dövlətçilik məktəbi keçən, müasir bilik və təcrübəyə yiyələnən, hərtərəfli yetkinləşən bir şəxsiyyət onun layiqli siyasi və mənəvi varisi olmaq şansı və etimadı qazana, bunun üçün cəmiyyətdən mürləq dəstək ala bilərdi.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, davam edən bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını ifadə etmişdir: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli lider Heydər Əliyevin siyasi vəsiyyəti kimi qəbul edilmiş bu tarixi səciyyələndirmədən keçən dövrün gerçəkləri ulu öndərin Azərbaycanı sürətlə irəli aparıb, sivil ölkələr səviyyəsinə çatdırmaq məqsədi daşıyan strateji inkişaf kursunu Prezident  İlham Əliyevin məxsusi bir məharətlə və böyük uğurla davam etdirdiyini qəti olaraq təsdiqləyir.

Məsul icra vəzifələrinin öhdəsindən yüksək bacarıqla gələn gənc siyasətçi kimi ölkədə və ondan kənarda böyük maraqla izlənilən İlham Əliyev ali rəhbər seçilməzdən əvvəl gözəl bilirdi ki, ölkəni prezident səviyyəsində idarə etmək üçün, hər şeydən əvvəl, yüksək dövlət idarəçiliyi təcrübəsinə malik olmaq lazımdır. Buna görə də ulu öndərin ən yaxın silahdaşı və siyasi varisi olaraq  o, dövlət başçısı olmazdan əvvəl çox mühüm vəzifələrdə–Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Milli Məclisin deputatı və Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin rəhbəri, nəhayət, Azərbaycan Respublikasının Baş Naziri kimi fəaliyyət göstərmiş, böyük idarəçilik səriştəsi qazanmışdı.

Prezident İlham Əliyev öz sələfi Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı olduğunu ötən illərdə həyata keçirdiyi düşünülmüş, müasir tələblərə tam cavab verə bilən siyasəti, milli dövlətçilik maraqlarına daim üstünlük verən fəaliyyəti ilə təsdiq etmişdir. Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal məsələlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, əlbəttə, həm də tarixi bir missiyadır. Bunu ölkə vətəndaşları bildiyi kimi, beynəlxalq aləm də görür, təhlil edir, dəyərləndirir. Dünyanın görkəmli siyasətçiləri, ictimai xadimləri, elm və mədəniyyət nümayəndələri, tanınmış dövlət adamları ölkəmizin rəhbəri İlham Əliyevin fəaliyyətini yaxından izləyir və onu çox yüksək qiymətləndirirlər. Azərbaycan lideri beynəlxalq aləmdə təşəbbüskar və yüksək enerjili siyasətçi, öz ölkəsinin ictimai həyatına və siyasətinə yeni nəfəs, müasirlik və intellektuallıq  gətirmiş modern dövlət başçısı kimi səciyyələndirilir.

Azərbaycan Prezidenti İlham Əliyev, həqiqətən, siyasi fəaliyyəti dövründə özünü böyük idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik böyük dövlət xadimi, islahatçı Prezident kimi təsdiq etmiş, lider səviyyəsinə yüksəlmiş və beynəlxalq aləmdə belə də dəyərləndirilir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  Azərbaycan rəhbərinə yüksək və səmimi münasibətini belə ifadə etmişdir: “Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız”. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, politoloq Zbiqnev Bjezinski İlham Əliyevin liderlik keyfiyyətlərindən bəhs edərkən bildirmişdir: “Mən onu 16 ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident  vəzifəsinə yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o, özünə inamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolukonstruktiv mövqeyi ilə seçilir”.

Tanınmış ABŞ politoloqu,  professor Brenda Şaffer isə Azərbaycan rəhbərinə müraciətlə söyləmişdir: “Xalqınıza sadiqliyiniz, yüksək təhsil və bilik səviyyəniz, idarəçilik qabiliyyətiniz kifayət qədər bəllidir və mən əminəm ki, siz Azərbaycanı daha böyük tərəqqiyə və təhlükəsizliyə doğru aparacaqsınız. Siz peşəkarcasına rəhbərlik etmək qabiliyyətinizi müxtəlif forumlarda nümayiş etdirirsiniz”. İlham Əliyevi Azərbaycan üçün şans adlandıran ABŞ-ın respublikaçı konqresmeni Kurt Yeldon isə onunla görüşündən sonra yazmışdır: “Fikirlərini bu qədər aydın ifadə edən milli liderə rast gəlməmişdim. Yüksək təhsilli İlham Əliyev uzaqgörən dövlət xadimidir. O, ölkənin ən çətin problemləri barədə açıq danışır və bunları həll etmək qərarında qətidir”.

Belə mötəbər qiymətlər davamlı olaraq eşidilir və hər birimizdə haqlı iftixar yaradır: “Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır” (Rəşid Alimov, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi); “Beynəlxalq arenada artıq islahatçı Prezident kimi tanınmış İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan modernləşib və inkişaf etmiş ölkəyə çevrilib. O, təcrübəli və uzaqgörən siyasi xadim keyfiyyətlərinə yiyələnmiş dövlət başçısıdır” (An-Mori Lizii, belçikalı siyasətçi); “Prezident İlham Əliyev müasir dünyanın böyük dövlət xadimlərindən biridir” (Abdullah Mətuq Əl-Mətuqa, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri).

Prezident İlham Əliyevə belə mötəbər  münasibət və geniş beynəlxalq etimad birdən-birə yaranmamışdır. Prezidentin gərgin səyləri, böyük zəhməti, qətiyyətli fəaliyyəti, idarəetmə səriştəsi, təşkilatçılıq qabiliyyəti ona belə yüksək nüfuz və hörmət qazandırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin özü isə uca məramını, liderlik hədəflərini belə açıqlamışdır: “Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır. Əsl siyasət  konkret, real görməkdən ibarətdir”.

Bütün bu deyilənlər bir daha onu göstərir ki, ulu öndər Heydər Əliyevin strateji inkişaf kursu ötən illərdə İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ölkə başçısı prezidentlik fəaliyyətinin ilk günlərindən respublikamızın sosial-iqtisadi cəhətdən sürətli və dinamik inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, regionların inkişafına çox böyük önəm vermişdir.

Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”kı fərmanı ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyllərinə böyük təkan vermişdir. Ölkə rəhbəri İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004--2008-ci illər) Dövlət Proqramı” isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulmasına səbəb olmuşdur.

Artıq sayı dördə çatmış bu dövlət proqramları çərçivəsində atılmış ardıcıl addımlar uzun illər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Regional inkişaf proqramlarının əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Bu proqramlarının icrası sayəsində respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilmiş, 15 min kilometr asfalt yol çəkilmiş, 3 mindən çox məktəb, 650-yə yaxın tibb müəssisəsi tikilib, yaxud təmir edilərək istifadəyə verilmişdir.

Prezident İlham Əliyev ulu öndərin müəllifi olduğu yeni neft strategiyasını da uğurla davam etdirmişdir. Strateji neftqaz kəmərlərinin inşasının başa çatdırılması ilə ölkə rəhbəri Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirmiş, regionun digər  dövlətlərindən fərqli olaraq müstəqil xariciiqtisadi siyasət yeritdiyini bütün dünyaya sübut etmişdr. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol kimi Bakı–Tbilisi–Qars yeni dəmir yolu xəttinin çəkilişinə dair razılığa gəlinməsi, bu beynəlxalq magistralın uğurla başa çatdırılması artıq regionun lider dövləti olan Azərbaycanın xaricdən maddi və mənəvi dəstək almadan iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərmişdir.

Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz boru xəttinin istismara verilməsi isə gələcək layihələr üçün əsas olmuşdur. Dövlət başçısı Xəzərin neft yataqlarının mənimsənilməsi və istismarı haqqında müqavilənin– “Əsrin müqaviləsi”nin hazırlanmasına və həyata keçirilməsinə sanballı töhfə vermişdir. 1994-cü ildə bağlanmış bu müqavilədən 23 il sonra-- 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri–Çıraq–Günəşli” yatağının işlənməsinin davam etdirilməsi barədə yeni “Əsrin müqaviləsi” imzalanmışdır. Prezident İlham Əliyevin sistemli, düşünülmüş və əsaslı fəaliyyətinin nəticəsi olaraq müqavilənin fəaliyyət müddəti 2050-ci ilə qədər uzadılmışdır. Yeni müqavilədə Azərbaycanın iştirak payı artırılaraq 11,6 faizdən 25 faizə çatdırılmş, ölkəmizə çatacaq mənfəət neftinin payı 75 faizə qaldırılmışdır. 

Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi uğurlar Avropanın enerji təhlükəsizliyi məsələsində də ciddi rol oynayır. Ölkəmiz Trans-AnadoluTrans-Adriatik qaz kəmərlərinin çəkilməsinə nail olmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir.

Ölkə başçısının mütəmadi olaraq regionlara səfərləri sürətli inkişafa səbəb olur, şəhər və rayonların sosial-iqtisadi inkişafı üçün əlavə maliyyə dəstəyi göstərilir. Nəticədə, regionların sosial-iqtisadi inkişafı sürətlə davam edir, xalqın rifahı naminə ardıcıl və sistemli tədbirlər görülür. Son 16 ildə ölkəmizdə 2 milyondan artıq yeri yaradılmış, işsizlik 40 faizdən 5 faizə, yoxsulluq 45 faizdən 5 faizə enmişdir. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə artmışdır. Ümumi daxili məhsulun həcmi, təqribən, 80 milyard manata çatmışdır. Dövlət büdcəsi 1,2 milyard manatdan 26,9 milyarda yüksəlmişdir. Ötən illərdə ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya qoyulmuş, Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 50 milyard dollar həddinə  çatmışdır.

Dövlət büdcəsinin görünməmiş səviyyədə artması, ümumi daxili məhsulun artım tempi, işsizliyinyoxsulluğun azaldılması, sahibkarlığa kömək, qeyri-neft sektorunun inkişafı, çadır şəhərciklərinin ləğv edilməsi, qaçqın və məcburi köçkünlər üçün yeni-yeni qəsəbələrin istifadəyə verilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq atılan addımlar əldə olunan böyük uğurlardan xəbər verir. 2019-cu ildə gerçəkləşdirilən əsaslı sosial siyasət sahəsində çox böyük dəyişikliklər baş vermişdir. Sosial islahat paketləri 4,2 milyon nəfəri əhatə etmiş, minimum əmək haqqı 250 manata çatmış, pensiya və müavinətlər əhəmiyyətli dərəcədə artmışdır.

Ölkəmizdəki dəyişikliklər təkcə Bakı şəhəri və ətrafını əhatə etmir, bölgələrimizin siması da tanınmaz dərəcədə dəyişmişdir. Neçə illərdir ki, respublikamız əsl quruculuq meydanını xatırladır. Bakı şəhəri və paytaxtətrafı kəndlər, regionlar çox sürətlə qurulur, infrastrukturlar yaradılır– körpülər salınır, yollar çəkilir, şəhər və kəndlər müasirləşdirilir, abadlaşdırılır, qaz, suenerji xətləri yeniləşdirilir. Bərpa olunan enerji mənbələri sisteminin yaradılmasına üstünlük verilir. Son illərdə 30-dan çox elektrik stansiyası istifadəyə verilmiş, yaşayış yerlərinin qazlaşdırılması 90 faizi ötmüşdür.

Azərbaycan artıq kosmik klubun azsaylı üzvlərindən biridir. Ölkəmizin üç telekommunikasiya peyki orbitə çıxarılmışdır. Dövlət başçısının reallaşdırdığı tədbirlər nəticəsində həyatın bütün sahələrində çox böyük nailiyyətlər qazanılmışdır. Çoxsaylı sənaye parkları və məhəllələri, texnoparklar yaradılmış, zavodlar tikilmişdir. Yeni-yeni istehsal sahələriişə salınmış, innovativ istehsal inkişaf etdirilmişdir.

Bir sözlə, ölkəmizin dayanıqlı inkişafı, əhalinin normal və yaxşı yaşayışı üçün nə lazımdırsa edilir. Bunlar isə ölkə Prezidentinə respublika əhalisinin inamsevgisini, hörmət və dəstəyini qazandırmışdır. “Azərbaycanda yoxsul adam olmamalıdır”– prinsipi Prezident İlham Əliyevin fəaliyyətində önəmli yer tuturbu istiqamətdə əhəmiyyətli addımlar atılır.

Dövlət başçısı İlham Əliyevin elm, təhsil və mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi siyasət ulu öndərin formalaşdırdığı ənənələrin uğurlu davamıdır. Elm, təhsil və mədəniyyətdə qazanılmış nailiyyətlər möhkəmləndirilmiş, bu  sahələrin inkişafına diqqət və qayğı artırılmışdır. Təsadüfi deyil ki, ölkə Prezidenti respublikanın zəngin iqtisadi potensialının insan kapitalı ilə əvəzlənməsini son dərəcə vacib sayaraq demişdir: “İqtisadı inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir”.

Son illərdə yeni təhsil müəssisələrinin tikilməsi, köhnə məktəblərin əsaslı sürətdə təmir edilməsi və yenidən qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi, elm və təhsilə ayrılan vəsaitin artırılması, bu sahələrdə çalışan işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər humanitar sahədə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsini bir daha təsdiq edir.

Azərbaycanın siyasi, iqtisadi, hərbi sahədə əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur. Nəticədə, bir sıra istiqamətlər üzrə Azərbaycan mövqeyini möhkəmləndirib və lkəmiz irəli çıxmış-- Avropa və Mərkəzi Asiyada daha çox islahat aparan 3 ölkədən biri hesab olunmuşdur. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyllilik səviyyəsində 5-ci, xarici borcun ümumi daxili məhsulun nisbətinə görə 9-cu, dövlətlərin qüdrətini təsdiqləyən amillərə görə 80 ölkə arasında 45-ci yerdədir. Forumun son hesabatında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinə görə 137 ölkə arasında 35-ci mövqeyə layiq görülmüşdür. Azərbaycan hərbi qüdrətinə görə 50 ən güclü silahlı birləşmələri sırasındadır.

Dövlət başçısı İlham Əliyevin uğurlu xarici siyasət kursu da Azərbaycanın beynəlxalq aləmdə rolunun artmasına, nüfuzunun yüksəlməsinə səbəb olmuşdur. Bu həm də Azərbaycanı dünya birliyinin etibarlı tərəfdaşına çevrilmişdir. Nəticədə, ölkəmizin müttəfiqlərinin və dostlarının sayı artmışdır. Xüsusilə, Azərbaycan cəmiyyətini uzun illərdir narahat edən Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş bir sıra uğurlu bəyanatlar, qərar və qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bildirilir, ölkənin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı və başqa beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.

Dünya miqyasında dəyərləndirilən bütün bu nailiyyətlər bütün aydınlığı ilə göstərir ki, möhtərəm Prezident İlham Əliyevin yüksək səriştəli idarəçiliyi ölkəmizin davamlı və dayanıqlı inkişafına səbəb olmuş, bütün sahələrdə əsaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, həyata keçirilmiş islahatlar öz müsbət təsirini göstərmişdir. Bu hərtərəfli yeniləşmə və ümumi tərəqqi həm ölkəmizə, həm də dövlətimizin başçısına beynəlxalq aləmdə və xalqımız arasında böyük hörmət və nüfuz qazandırmışdır.

Ən önəmlisi isə odur ki, Prezident İlham Əliyevin özünündediyi kimi, Azərbaycan tarixin heç bir mərhələsində indiki qədər güclü olmamışdır.

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 

Xalq qəzeti.- 2019.- 22 dekabr.- S.3.