Prezident İlham Əliyev:  Rusiya

Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir 

 

Beynəlxalq mövqelərin güclənməsinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti mühüm müzakirə platformalarında ölkəmizin ədalətli mövqeyinin müdafiə olunmasına və region ölkələri ilə münasibətlərin daha da gücləndirilməsinə şərait yaradan fəal siyasət yürüdür. Bu mənada Prezident İlham Əliyevin Rusiyaya qeyri-rəsmi səfəri şimal qonşumuzla strateji xarakterli əlaqələrin daha da möhkəmləndirilməsi və gündəlikdə olan dövlətlərarası və regional məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Bu gün Azərbaycan – Rusiya əlaqələri yüksək səviyyədədir. Siyasi, iqtisadi, humanitar, hərbi-texniki və digər sahələrdə münasibətlər getdikcə genişlənir və hər keçən gün müxtəlif sahələri əhatə edir. Əlaqələrin inkişaf dinamikası və əldə edilən müsbət nəticələr hər iki tərəfin milli maraqlarına cavab verir. Statistik rəqəmlər də bu reallığı təsdiqləyir. Belə ki, Rusiya Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar sərmayə yatırmışdır. Azərbaycanın adamları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər. Eyni zamanda, ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan – Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir. Rusiya bankları ilə də sıx əməkdaşlıq həyata keçirilir.

Əlbəttə, real rəqəmlərə söykənən faktlar sevindiricidir, lakin tərəflər də etiraf edirlər ki, bu, hər iki ölkənin malik olduğu potensialı əks etdirmir. Ticari əlaqələrin ciddi potensialı var, investisiya əməkdaşlığı sahəsində irəli hərəkət etmək olar. Hər iki ölkə birgə müəssisələri reallaşdırmaq üçün kifayət qədər investisiya resursuna malikdir. Bundan başqa, Rusiyada azərbaycanlı biznesmenlər də xidmət sahəsində kifayət qədər fəaldırlar. Xidmət sahəsində mal dövriyyəsi artır, qarşılıqlı pul köçürmələri ciddi yüksəliş göstərir. Əlamətdar haldır ki, təkcə Rusiyadan Azərbaycana deyil, əks istiqamətdə də pul köçürmələri artır və bu, onu göstərir ki, ölkələr arasında biznesinsani səviyyədə əlaqələr çox yaxşıdır. Bundan əlavə, tərəflər idxalçıların həyatını xeyli rahatlaşdıran sərhədyanı infrastrukturu yeniləyir, nəqliyyat layihələrini həyata keçirir, elektron gömrük üzərində çalışırlar. Ölkələr arasında mövcud olan azad ticarət barəsində razılaşma malların rahat daşınmasına xeyli imkan yaratmışdır. Qeyd etmək yerinə düşər ki, yaxın vaxtlarda Samur çayı üzərində tikilmiş yeni körpünün açılışı gözlənilir və bu infrastruktur layihənin reallaşmasından sonra ikitərəfli iqtisadi əlaqələr daha da intensivləşəcək.

Bununla yanaşı, hər iki ölkə malik olduğu nəqliyyat–tranzit potensialından da yararlanmağı düşünür. Xüsusilə də, “Şimal-Cənub” dəhlizi çərçivəsində əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir.  Xatırladaq ki, “Şimal-Cənub” dəhlizi artıq işləyir və Rusiya malları Azərbaycan üzərindən İrana və əks istiqamətdə çatdırılır. Ötən il ərzində bu marşrut üzrə mal dövriyyəsi 8 dəfə artmışdır. Bununla yanaşı, neft maşınqayırması sahəsində birgə layihələrin ciddi potensialı var. Bakıda hesab edirlər ki, bu sahə həm Azərbaycan biznesi, həm də Rusiya neft şirkətləri üçün çox vacib ola bilər. Ümumilikdə, ikitərəfli görüşlərin intensivliyi və qərarların qəbulunun operativliyi əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Ən əsası, Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templərlə artması strateji əməkdaşlığımızın mühüm göstəricisi olmaqla, Prezident İlham Əliyevin xarici iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul etdiyi mühüm qərarların, həyata keçirilən sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir.

Dekabrın 20-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə də iki ölkə arasında münasibətlərin səviyyəsindən söz açmış, sosial-iqtisadi, siyasi, eləcə də humanitar əlaqələrin sürətlə inkişaf etdiyi bildirilmişdir. Bütövlükdə, 2019-cu ilin  Rusiya – Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan ölkə başçımız Prezident Vladimir Putinlə çoxsaylı görüşlərinin olduğunu xatırlatmışdır. Hər bir görüşün çox məhsuldar olduğu deyən Prezident İlham Əliyev bu görüşlərdə müzakirə olunmuş məsələlərin və qəbul edilmiş qərarların sonradan həyatda öz əksini tapdığını nəzərə çatdırmışdır. Ölkə başçımız başa çatmaqda olan il ərzində hər iki tərəfdən yüksək səviyyədə çoxsaylı səfərlərin reallaşdırıldığını nəzərə çatdırmış və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərinin uğurlu olduğunu bildirmişdir. “Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluqordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür”, – deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafında prezidentlərin xüsusi rolunun olduğunu da diqqətə çatdırmışdır.

Ölkə başçımız diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə Xalq Təsərrüfatı Nailiyyətləri SərgisindəAzərbaycanpavilyonunun yenidən açılmasını tarixi hadisə kimi qiymətləndirmişdir. Bu digər hadisələrin 2019-cu ildə RusiyaAzərbaycan əlaqələrinin inkişafını şərtləndirdiyini vurğulayan Prezident İlham Əliyev qətiyyətlə bildirmişdir ki, bu gün RusiyaAzərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir. Əlbəttə ki, Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan belə səfərlər ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsində mühüm önəm kəsb edir.

AzərbaycanRusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Mütəxəssislərin fikrincə, Azərbaycan Rusiya dövlət başçılarının birgə səyi siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir, prezidentlərin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin strateji xarakteri, hər iki ölkə liderinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Bundan başqa, humanitar əlaqələr dostluq mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ölkələrimiz paytaxtlarımız üçün mühüm əhəmiyyət daşıyır.

Bir sözlə, bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir. Hər iki ölkənin rəsmilərinin verdiyi bəyanatlar iki ölkə arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyini təsdiqləyir. Azərbaycan Rusiya müxtəlif sahələrdə imkanlarından potensialından istifadə etməklə regional səviyyədə əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirməyi düşünür. Bu prizmadan çıxış etsək, deyə bilərik ki,  Prezident İlham Əliyevin Sankt-Peterburq şəhərinə qeyri-rəsmi səfəri həm Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsi, həm MDB ölkələri liderləri ilə bir sıra məsələlərin müzakirə edilməsi baxımından əlamətdar oldu.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2019.- 22 dekabr.- S.1.