“Azərbaycan
Respublikasına səfər edən əcnəbilərə
çoxdəfəlik giriş
vizalarının rəsmiləşdirilməsi üçün
tutulan dövlət rüsumunun
dərəcəsinin həmin əcnəbilərin vətəndaşı
olduğu ölkələrdə Azərbaycan
Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən
olunduğu ölkələrin
Siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 489
Bakı şəhəri, 20 dekabr
2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 17.6-1-ci maddəsinə uyğun olaraq dövlət rüsumunun dərəcəsi həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən edilsin.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2019-cu il 20 dekabr
tarixli 489 nömrəli
Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasına səfər
edən əcnəbilərə
çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin
həmin əcnəbilərin
vətəndaşı olduğu ölkələrdə
Azərbaycan Respublikasının
vətəndaşlarına münasibətdə tutulan
rüsum səviyyəsində
müəyyən olunduğu
ölkələrin
Siyahısı
1. Amerika Birləşmiş
Ştatları.
2. Koreya Respublikası.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
Naziri
Xalq qəzeti.- 2019.-
26 dekabr.- S.5.