Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Müfəssəl
planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları, habelə həmin planların
razılaşdırıldığı orqanların
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli
5 nömrəli və “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri
üçün tikinti
layihələrinin onların həyata keçiriləcəkləri
ərazinin planlaşdırılması sənədlərinə
(baş planlara və
(və ya) ümumi planlara), habelə müfəssəl planın
hazırlanması zamanı nəzərə alınan tələblərə
uyğunluğunun müəyyənləşdirilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli
6 nömrəli qərarlarında dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 493
Bakı şəhəri,
24 dekabr 2019-cu il
“Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 57, ¹ 11, maddə 1417; 2016, ¹ 6, maddə 1193, ¹ 10, maddələr 1725, 1743; 2017, ¹ 4, maddə 636, ¹ 6, maddə 1219, ¹ 10, maddə 1882; 2018, ¹ 1, maddə 139, ¹ 11, maddə 2454; 2019, ¹ 7, maddə 1311) ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.5. Müfəssəl planın əhatə etdiyi ərazinin tikinti-planlaşdırılmasının vizual görünüşü 3D formatında, layihə tapşırığında nəzərdə tutulduğu hallarda isə əlavə olaraq həmçinin maketi hazırlanmalıdır.”;
1.2. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:
“3.5-1. planlaşdırılan əraziyə uyğun memarlıq üslubunun təmin edilməsi üçün müfəssəl planın əhatə etdiyi ərazinin tikinti-planlaşdırılmasının 3D formatında hazırlanan vizual görünüşündə aşağıdakılar nəzərə alınmalıdır:
3.5-1.1. planlaşdırılan ərazidə tikintisinə icazə tələb olunan binaların memarlıq həllərinin həcm-fəza kompozisiyasında, eləcə də fasadların tərtibatında müasir memarlıq üslublarının tətbiqi;
3.5-1.2. planlaşdırılan ərazidə tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;
3.5-1.3. binaların memarlıq həllərində tətbiq olunan üslubların, eləcə də binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 58, ¹ 10, maddə 1210; 2016, ¹ 2 (II kitab), maddə 364; 2017, ¹ 3, maddə 515; 2018, ¹ 5, maddə 1138, ¹ 8, maddə 1819; 2019, ¹ 7, maddə 1358) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.4.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.4.9-cu yarımbənd əlavə edilsin:
“2.4.9. estetik gözəlliyin, müasirliyin, milli, tarixi-mədəni irsin qorunmasına nail olunması üçün tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubu.”;
2.2. aşağıdakı məzmunda 2.8-2.11-ci bəndlər əlavə edilsin:
“2.8. Estetik gözəlliyin, müasirliyin, milli, tarixi-mədəni irsin qorunmasına nail olunması üçün tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubunun təmin edilməsi üçün aşağıdakılardan ən azı biri nəzərə alınmalıdır:
2.8.1. müvafiq ərazidə tikintisinə icazə tələb olunan binaların memarlıq həllərinin həcm-fəza kompozisiyasında, eləcə də fasadların tərtibatında müasir memarlıq üslublarının tətbiqi;
2.8.2. müvafiq ərazidə tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;
2.8.3. binaların memarlıq həllərində tətbiq olunan üslubların, eləcə də binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.
2.9. Şəhərsalma əsaslandırılması tətbiq edilən ərazidə bu Qaydaların 2.8-ci bəndində qeyd edilən memarlıq üslublarından birinin müəyyən edilməsi ilə bağlı sifarişçi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət oluna bilər. Həmin müraciətə 10 (on) gün müddətində əsaslandırılmış cavab verilməlidir.
2.10. Tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq ərazinin memarlıq üslubuna riayət edilmədikdə, şəhərsalma əsaslandırılmasını təsdiq edən orqan tərəfindən sifarişçiyə işçi qaydada uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tövsiyələr verilir.
2.11. Bu Qaydaların 2.10-cu bəndindəki tövsiyələrə uyğun olaraq şəhərsalma əsaslandırılması layihəsi üzrə işlənilmiş memarlıq üslubunu razılaşdırmaq mümkün olmadıqda, Qaydaların 2.5.4-cü yarımbəndində qeyd edilən küçə və məhəllədaxili yolların açılışı sifarişçinin ərizəsi əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ödənişsiz qaydada tərtib edilməlidir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.-
26 dekabr.- S.5.