“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 494

 Bakı şəhəri, 24 dekabr 2019-cu il

 

“Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 681; 2002, ¹ 3, maddə 148; 2004, ¹ 3, maddə 193; 2009, ¹ 1, maddə 32,

¹ 9, maddə 752; 2010, ¹ 3, maddə 255; 2014, ¹ 5, maddə 579; 2018, ¹ 12 (II kitab), maddə 2735; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 19 sentyabr tarixli 414 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəsinə “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası haqqında Əsasnamə” üzrə:

2.1. adına “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilsin;

2.2. 1.1-ci bəndə “Agentliyinin” sözündən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri əlavə edilsin və həmin bənddən “Apellyasiya şurası” sözlərindən sonra “sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan” sözləri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 27 dekabr.- S.9.