“Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş
Dövlət Texniki Nəzarət Xidmətinin
işçilərinin xüsusi geyim forması, fərqlənmə
nişanlarının təsvirləri və onların təchizatına
dair Normalar”ın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 7 iyul tarixli 279 nömrəli Qərarının ləğv
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 495
Bakı şəhəri, 25 dekabr
2019-cu il
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1477; 2018, № 7 (II kitab), maddə 1657) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 27 dekabr.- S.9.