Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 498 

Bakı şəhəri, 25 dekabr 2019-cu il

 

“Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Xidmət Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1622-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 avqust tarixli 806 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 391; 2005, ¹ 4, maddə 377, ¹ 6, maddə 548; 2007, ¹ 2, maddələr 197, 201; 2008, ¹ 2, maddə 105, ¹ 9, maddə 862; 2009, ¹ 11, maddə 936; 2012, ¹ 1, maddə 44; 2014, ¹ 2, maddə 201; 2016, ¹ 5, maddə 955, ¹ 9, maddə 1596; 2017, ¹ 6, maddə 1237, ¹ 10, maddə 1934, ¹ 11, maddələr 2153, 2159; 2018, ¹ 4, maddə 782, ¹ 10, maddə 2181, ¹ 12 (II kitab), maddə 2750; 2019, ¹ 3, maddə 539, ¹ 6, maddə 1143, ¹ 7, maddə 1337) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4.7-ci yarımbəndə “layihələri” sözündən sonra “və qanun layihələrinə dair izahat” sözləri əlavə edilsin.

2. 5.39-cu bənddən “gəlirlərinin və xərclərinin” sözləri çıxarılsın və həmin bənddə “qanunvericiliyə” sözüHesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 27 dekabr.- S.9.