Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil
və müəllim hazırlığının Konsepsiya və Strategiyasının təsdiq
edilməsi haqqında” 2007-ci il 25 iyun tarixli 102 nömrəli,
“Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil
almış şəxslərə müvafiq
sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” 2010-cu il 6 sentyabr
tarixli 163 nömrəli, “Ümumtəhsil
məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi
haqqında” 2011-ci il 13 yanvar
tarixli 5 nömrəli, “Dövlət qulluğuna qəbul üzrə
müsahibədə iştirak etmək üçün müraciətə əlavə
edilməli sənədlərin siyahısı və sənədlərin
qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında”
2017-ci il 11 iyul tarixli 285 nömrəli, “Peşə təhsili
müəssisələrinə qəbul Qaydası”nın
təsdiq edilməsi haqqında” 2019-cu il 15 mart tarixli
102 nömrəli və “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə
keçid Qaydası”nın təsdiq edilməsi
haqqında” 2019-cu il 16 aprel
tarixli 173 nömrəli qərarlarında
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 519
Bakı şəhəri, 30 dekabr
2019-cu il
“Dövlət
rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun
tarixli 1620-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1342 nömrəli
Sərəncamının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 706; 2017, № 2, maddə 300; 2018, № 11, maddə 2428) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası”nın “Qeyd” hissəsinin ikinci abzasında “tədris plan və” sözləri “təhsil” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 829; 2018, № 11, maddə 2429, № 12 (II kitab), maddə 2739) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 1.4-cü bəndində, 3.2.1-ci yarımbəndində və 7.3-cü bəndinin ikinci cümləsində “xüsusi razılıq” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562; 2016, № 7, maddə 1351, № 10, maddə 1717; 2017, № 4, maddə 612, № 12 (II kitab), maddələr 2519, 2535; 2018, № 5, maddə 1144, № 11, maddə 2429) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 1.19-cu bənd əlavə edilsin:
“1.19. Ümumtəhsil məktəbi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482, № 10, maddə 1906, № 11, maddə 2177; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın 3.6-cı bəndində “Milli Təhsil Məlumat Bazası” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 536; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 404 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bənddə “Milli Təhsil Məlumat Bazasının” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sözləri ilə, “sistemində” sözü isə “altsistemində (bundan sonra – elektron sistem)” sözləri ilə əvəz edilsin;
5.2. 2.2-ci və 2.3-cü bəndlərdə “elektron sənəd qəbulu sistemində” sözləri “elektron sistemində” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 766) ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın 3.1-ci bəndində “Milli Təhsil Məlumat Bazasının” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sözləri ilə, “sistemində” sözü isə “altsistemində” sözü ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 31 dekabr.- S.11.