“Sığortalanmasına
maliyyə yardımı göstərilən kənd təsərrüfatı
əmlakının və sığorta hadisələrinin
növlərinin və sığorta haqqının büdcə
vəsaiti hesabına ödənilən hissəsinin müəyyən
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 22 nömrəli Qərarının ləğv
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 523
Bakı şəhəri, 30 dekabr
2019-cu il
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.1.2-ci yarım-bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 189; 2007, ¹ 2, maddə 192, 2008, ¹ 6, maddə 587) ləğv edilsin.
2. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 31 dekabr.- S.11.