Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Gərginliyi
1000 voltadək olan elektrik
şəbəkələrinin mühafizəsi
Qaydaları”nın və “Gərginliyi 1000 voltdan
yuxarı olan elektrik
şəbəkələrinin mühafizəsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 10 iyun tarixli
103 nömrəli Qərarında dəyişiklik edilməsi və
“Balıqçılıq təsərrüfatı
ekspertizasının aparılması Qaydası”nın təsdiq
edilməsi haqqında” 2017-ci il 23 avqust tarixli 334 nömrəli
Qərarının ləğv edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 524
Bakı şəhəri, 30 dekabr
2019-cu il
“Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 730 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 539; 2006, ¹ 9, maddə 822; 2008, ¹ 2, maddə 116, ¹ 5, maddə 432; 2014, ¹ 1, maddə 69; 2015, ¹ 11, maddə 1418) ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na aşağıdakı məzmunda 15-1-ci hissə əlavə edilsin:
“15-1. Gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksəkgərginlikli elektrik xətlərinin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilməlidir.”.
2. “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 avqust tarixli 334 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 8, maddə 1622, ¹ 10, maddə 1925; 2018, ¹ 8, maddə 1803; 2019, ¹ 6, maddə 1164) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 31 dekabr.- S.12.