Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli
94 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və qanunvericiliyə uyğun olaraq hava
daşımalarına dair müqavilələrin
rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
№ 525
Bakı şəhəri,
30 dekabr 2019-cu il
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1588-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 1221 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 699; 2011, № 4, maddə 373; 2016, № 12, maddə 2221; 2017, № 9, maddə 1749; 2019, № 1, maddələr 158, 166) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3.2-ci yarımbəndə “təyinat məntəqəsinə” sözlərindən əvvəl “haqq müqabilində olduğu yerdən” sözləri və “yükgöndərən” sözündən sonra “yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs” sözləri əlavə edilsin.
2. 3.3.5-ci yarımbənddə “göndərən şəxslər və ya alan şəxslər” sözləri “göndərən, alan və ya onların səlahiyyətləndirdiyi digər şəxslər” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 31 dekabr.- S.11.