Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Meşə
təsərrüfatına dəymiş ziyana
görə maddi məsuliyyətə cəlb
edilmə qaydaları haqqında” 1993-cü il
27 dekabr tarixli 636 nömrəli və “Meşə
qanunvericiliyinin pozulması
hallarının qarşısının alınması tədbirləri
haqqında” 2004-cü il 30 sentyabr
tarixli 145 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 30
Bakı şəhəri, 31 yanvar
2019-cu il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, bu istiqamətdə görülən tədbirlərin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci və 5-ci hissələrdən “, kolxozlar” sözü, 2-ci hissədən “, kolxozlardan” sözü çıxarılsın və 5-ci hissədə “miqdarının hesablanması üçün nırx” sözləri “hesablanması üçün miqdar” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş 1-7 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.3. həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması Qaydaları”nın 1-ci hissəsinin ikinci abzasında “nırxının” sözü “dəyərinin” sözü ilə əvəz edilsin.
2. “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 757) 1-ci hissəsi ləğv edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 2 fevral.- S.8.