Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217
nömrəli Qərarı ilə
təsdiq edilmiş
“Yaşıllıqların uçotunun,
kadastrının və monitorinqinin
aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 31
Bakı şəhəri, 31 yanvar
2019-cu il
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1252-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 613 nömrəli Sərəncamının 1.2-ci və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1125) ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:
“1.9. Fiziki və hüquqi şəxslərin
yaşıllıqların kadastrı barədə Azərbaycan
Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi
barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə
mərkəzi icra hakimiyyəti
orqanlarından, bələdiyyə mülkiyyətində
olan torpaq sahələrinə
münasibətdə bələdiyyələrdən, digər
torpaq sahələrinə münasibətdə
isə yerli icra
hakimiyyəti orqanlarından məlumat almaq
hüquqları vardır.”.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 2 fevral.- S.8.