“Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 fevral tarixli 25 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı 

¹ 35

Bakı şəhəri, 5 fevral 2019-cu il

 

“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr tarixli 683 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 fevral tarixli 25 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 278) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın 1.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1.2. Azərbaycan Respublikasının Dövlət gerbi, ölçüsündən asılı olmayaraq, onun Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.”.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 6 fevral.- S.4.