Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 fevral tarixli
51 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatasının normativ xarakterli
aktlarının hazırlanması və .qəbul edilməsi
Qaydası”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
№ 36
Bakı şəhəri, 5 fevral
2019-cu il
“Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatasının
fəaliyyətinin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 13 fevral tarixli 51 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, № 2, maddə 304) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına
Nəzarət Palatasının
normativ xarakterli aktlarının hazırlanması
və qəbul edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 3.1-ci bənddə “Direktorlar Şurası” sözləri
“İdarə Heyəti”
sözləri ilə və “Direktorlar Şurasının”
sözləri “İdarə
Heyətinin” sözləri
ilə əvəz edilsin.
2. 4.2-ci bənddə “2016-cı il
10 mart tarixli 828 nömrəli
Fərmanı ilə”
sözləri “2018-ci il
4 oktyabr tarixli 288 nömrəli Fərmanı
ilə” sözləri
ilə əvəz edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.-
6 fevral.- S.4.