Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2016-cı il 2 noyabr tarixli 432 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Tənzimləyici təsirin təhlili
Qaydası”nda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 43
Bakı şəhəri,
8 fevral 2019-cu il
“Kiçik
sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli
1268-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 12 noyabr tarixli 672 nömrəli
Sərəncamının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 noyabr tarixli 432 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1920; 2017, № 3, maddə 508) ilə təsdiq edilmiş “Tənzimləyici təsirin təhlili Qaydası”nın 2.6.1-ci yarımbəndinin altıncı abzasına “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilsin.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti.- 2019.- 9 fevral.- S.2.