“Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarında
dəyişikliklər edilməsi
barədə AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 54
Bakı şəhəri, 15 fevral
2019-cu il
“Azərbaycan Respublikasında
turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 11
iyun tarixli 139 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 6, maddə 1354, ¹ 9, maddə
1909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
4.3-cü bəndinin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 4.4-cü bənd
əlavə edilsin:
“4.4. “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs.”.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.-
19 fevral.- S.6.