“Pedaqoji
fəaliyyətlə məşğul olmağa
yol verməyən xəstəliklərin
Siyahısı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 57
Bakı şəhəri, 18 fevral
2019-cu il
“Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5
iyul tarixli 164 nömrəli Fərmanının 1.1.9-cu
yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1.
“Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən
xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə
olunur).
2. Bu Qərarda
dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının hazırlanması və qəbul
edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.- 2019.- 22 fevral.- S.2.