Azərbaycan Respublikasının
Dənizkənarı Milli
Parkı haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikası
Prezidentinin
2019-cu il 22 fevral
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Bakı şəhərindəki
Dənizkənarı bulvara
Milli Park statusu verilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 29
dekabr tarixli 50 nömrəli Fərmanına
əsasən, Bakı
şəhərindəki Dənizkənarı
bulvara Dənizkənarı
Milli Park (bundan sonra – Milli Park) statusu verilmişdir.
1.2. Milli Parkın
ərazisi respublika əhəmiyyətli xüsusi
mühafizə olunan təbiət ərazilərinə
aiddir və bu ərazilərdə olan torpaq, su
və bitki aləmi onun daimi istifadəsinə verilir.
1.3. Milli Park Bakı şəhərinin Səbail,
Nəsimi və Xətai inzibati rayonlarının ərazisində
yerləşir.
1.4. Milli Parkı “Dənizkənarı Bulvar
İdarəsi” publik hüquqi şəxs (bundan sonra – İdarə) idarə edir. İdarənin Milli Parkın
fəaliyyətinə ümumi
rəhbərliyi və
nəzarəti həyata
keçirmək, habelə
ərazidə xüsusi
mühafizə rejimini
və bu Əsasnamədə nəzərdə
tutulan digər rejimləri təmin etmək üzrə müstəsna səlahiyyətləri
vardır.
2. Milli Parkın yaradılmasının
məqsədləri və
vəzifələri
2.1. Milli Parkın yaradılmasının məqsədi
ətraf mühitin mühafizəsini, ondan səmərəli istifadəni,
Bakı şəhərinin
estetik gözəlliyinin,
abadlığının, tarixi
simasının qorunmasını
və inkişaf etdirilməsini, şəhər
sakinləri və turistlərin əlverişli
istirahətinin təşkilini,
Milli Park ərazisində
yerləşən tikili
və qurğuların,
nadir bitki növlərinin
qorunub saxlanılmasını
təmin etməkdən
ibarətdir. Milli Parkdan aşağıdakı
məqsədlərlə istifadə
oluna bilər:
2.1.1. təbiəti mühafizə;
2.1.2. sağlamlaşdırma;
2.1.3. turizm və
rekreasiya.
2.2. Milli Parkda onun məqsədli təyinatına, təbiət
və mədəniyyət
obyektlərinin mühafizəsi,
bərpası və istifadəsi ilə bağlı müəyyən
edilmiş tələblərə
zidd olmayan şərtlərlə başqa
fəaliyyət növləri
həyata keçirilə
bilər.
2.3. Milli Parkın əsas vəzifələri
aşağıdakılardır:
2.3.1. təbiət komplekslərini, nadir və
etalon təbiət ərazilərini,
mədəniyyət obyektlərini
qoruyub saxlamaq;
2.3.2. turizm və
istirahət (rekreasiya)
üçün şərait
yaratmaq;
2.3.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
2.3.4. əhalini ekoloji
maarifləndirmək;
2.3.5. zədələnmiş təbiət və mədəniyyət obyektlərini
bərpa etmək.
3. Milli Parkın xüsusi mühafizə rejiminin xüsusiyyətləri
3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət
və digər xüsusiyyətləri nəzərə
alınmaqla, xüsusi
mühafizənin ayrı-ayrı
rejimləri tətbiq oluna və aşağıdakı
fəaliyyət zonaları
müəyyən edilə
bilər:
3.1.1. xüsusi mühafizənin
hüquqi rejimi tətbiq edilən zonalar;
3.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən
rejimi tətbiq edilən zonalar;
3.1.3. turizm və
rekreasiya zonaları;
3.1.4. turistlərə və digər şəxslərə xidmət
göstərilən zonalar;
3.1.5. Milli Parkın
fəaliyyətini təmin
etmək üçün
təsərrüfat-istehsalat zonaları.
3.2. Turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri
üçün təbiətdən
istifadənin ayrı-ayrı
növlərinə (balıq
ovu və digər su bioresurslarının
idman və həvəskar ovu və s.) yol verilir.
3.3. Milli Park ərazisinin sanitariya-mühafizə zonasında
“Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası
Qanununun 10-1.7-ci maddəsinə
müvafiq olaraq aşağıdakılar qadağan
edilir:
3.3.1. yeni yaşayış
məntəqələrinin salınması;
3.3.2. ekoloji təhlükə
yaradan müəssisələrin,
o cümlədən kimya,
nüvə energetikası
və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və
istismarı;
3.3.3. geoloji kəşfiyyat
işlərinin aparılması,
faydalı qazıntıların
çıxarılması və
emalı;
3.3.4. meşələrdə əsas istifadə qırıntısı;
3.3.5. aqrokimyəvi maddələrdən və
pestisidlərdən istifadə;
3.3.6. yerli fauna və
flora növlərinə uyğun
olmayan növlərin introduksiyası;
3.3.7. ərazinin hidroloji
rejimini pozan və torpağın münbitliyinə təsir
edən müvafiq işlərin görülməsi.
4. Milli Parkın mühafizəsi
Milli Parkın
mühafizəsini İdarənin
mühafizə xidməti
təmin edir.
5. Milli Parkın təsərrüfat
fəaliyyəti
5.1. Milli Parkın
təsərrüfat fəaliyyəti
təbiət və mədəniyyət obyektlərinin
mühafizəsindən, onlara
xidmət göstərilməsindən,
bərpasının həyata
keçirilməsindən, istirahət
və turizm xidmətlərinin təşkilindən
ibarətdir.
5.2. Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turist bazalarının, iaşə və digər bu kimi obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədilə digər şərait yaradılması İdarənin hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr əsasında həyata keçirilə bilər.
5.3. Milli Parkda təbiət obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq İdarənin fiziki və hüquqi şəxslərlə bağladığı müqavilələr əsasında həyata keçirilə bilər.
5.4. Milli Parkın ərazisində açıq məkanda reklam yerləşdirilməsinə icazəni İdarə verir.
Xalq qəzeti.- 2019.- 24 fevral.- S.2.