Kinomuzun Xocalı harayı
Yaxşı ki, Xocalı faciəsinin baş
verdiyi məqamları lentə almaq mümkün olub. Milli Qəhrəman Çingiz Mustafayev və fədakar jurnalist-operator
Seyidağa Mövsümovun
həmin gün bu
qanlı faciənin ağrılı anlarını lentin yaddaşına köçürdükləri
kadrlar sonralar neçə-neçə
filmimiz üçün
canlı materiala çevrilib
və bu gün həmin
kadrların yer aldığı filmlər
Xocalı soyqırımı haqqında həqiqətləri
dünyaya yayır.
“Düşmən laylası” adlı qısametrajlı film Xocalı faciəsinin ağrıları haqqındadır. Ssenari müəllifi Altay Yaşar film haqqında deyir: “Əsas məqsəd XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi barədə acı həqiqəti beynəlxalq ictimaiyyətə yeni rakursda təqdim etməkdir. Filmdə biz Xocalı faciəsinə soyqırımı qurbanına çevrilmiş 5 yaşlı qızın gözü ilə baxmağa çalışmışıq”.
Filmin müəllifinin qabartmağa çalışdığı məqam Xocalı faciəsi zamanı balaca Ayanın anasına verdiyi suallardır. Baş verən hadisələri dərk etməyən, anasının başına nə gəldiyini bilməyən Ayan bütün film boyu bu suallara cavab axtarır. Müəllif bu yanaşma ilə tamaşaçıların qəlbinin ən zərif tellərinə toxunmağa və bu suala cavab tapmağa çalışıb: “Nə üçün dünya ictimaiyyəti indiyə qədər Xocalı soyqırımına lazımi qiymət verməyib?”
Filmin rejissoru Elxan Cəfərov, bəstəkarı Nailə Mirməmmədli, operatoru Tanrıverdi Tanrıverdiyevdir.
“ARB Aran” və “Qulp Studio”nun Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə çəkdiyi “Xocalı dərsi” filmində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabındakı faktlardan istifadə olunub.
2015-ci ildə çəkilmiş “Sonsuz dəhliz” filmini litvalı rejissor Andreas Brokas çəkmişdir. Xocalı qırğınından söz açan bu sənədli film Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır.
Film litvalı jurnalist
Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini
və qanlı soyqırımı aktını
işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla
görüşüb. Ermənilərin atəşi altındakı
“sonsuz dəhliz”də
özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin
ürəkdağlayan hekayətlərini
dinləyib. Filmin müəllifi
bu soyqırımının
təşkilatçıları və icraçıları
– erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum
strategiyalarından danışaraq,
mülahizələrini bölüşüblər.
Filmin süjeti real hadisələr,
bu cəhənnəm əzabını yaşamış,
kütləvi qırğını
öz gözü ilə görmüş insanların xatirələri
əsasında qurulub.
O məşum gecədə
bir çoxları erməni terrorçuları
və başkəsənləri
tərəfindən öldürülüb,
bəziləri isə
Ermənistan rəhbərliyinin
yaratdığı əsir
düşərgələrinin qeyri-insani şəraitinə
baxmayaraq salamat qalıblar.
Filmin primyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında
(BAFTA) keçirilmişdir. Tədbirdə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdir.
“Sonsuz dəhliz”
sənədli filminin prodüserləri Aleksandras
Brokas (Litva) və nüfuzlu “Grammy
Award” mükafatçısı Cerald Rafşundur (ABŞ).
Film britaniyalı aktyor, BAFTA mükafatçısı
Ceremi Ayronz tərəfindən səsləndirilib.
İngilis dilində çəkilmiş
filmin subtitrləri Leyla Əliyevanın təşəbbüsü ilə
Çin, türk, fransız, italyan və alman dillərinə
tərcümə olunub.
Xocalı soyqırımından bəhs
edən “Zülmətdən
qaçarkən” sənədli
filmi ABŞ-da Xocalı soyqırımı
mövzusunda çəkilmiş
ilk sənədli ekran
əsəridir. Los-Anceles
istehsalı olan və burada fəaliyyət göstərən
yəhudi kinematoqrafçıları
tərəfindən çəkilmiş
bu sənədli film Xocalı soyqırımının
canlı şahidlərinin
müsahibələri və
onların tükürpədici
ifadələri vasitəsilə
1992-ci ilin fevralında
Azərbaycanın Xocalı
şəhərində Ermənistan
silahlı qüvvələrinin
azərbaycanlı dinc
əhaliyə qarşı
törətdiyi vəhşilikləri
diqqətə çatdırır.
Filmdə həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin
bu soyqırımı
pisləyən açıqlamalarına,
tədqiqatçı alim
və jurnalist rəylərinə, eləcə
də erməni hüquq müdafiəçisi
Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid
edən fikirlərinə
yer verilir.
Filmdə,
həmçinin, 2008-ci ildən
bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik
etdiyi “Xocalıya ədalət!” beynəlxalq
kampaniyasının əldə
etdiyi nailiyyətlərdən,
Xocalı həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində kampaniyanın
oynadığı mühüm
roldan bəhs olunur.
İki sənədli
film də--“Müharibə
uşaqları” və
“Biz qayıdacağıq” kinolentləri
Xocalı soyqırımı
hadisələrindən bəhs
edir. Rejissor Şamil Nəcəfzadənin
çəkdiyi “Müharibə
uşaqları filmində
faciə zamanı valideynlərini itirmiş yeddi uşağın taleyindən ağrılı
notlarla bəhs edir.
“Biz qayıdacağıq” adlı
ikinci filmdə ( rejissor Könül
Kərimova) Milli Qəhrəman Hikmət Nəzərlinin keçdiyi
döyüş yolu barədə söhbət
açılır.
Bununla yanaşı,
gənclər tərəfindən
“Xocalıya ədalət”
silsiləsindən ideya
yükü və dəyəri olan həvəskar və peşəkar videofilmlər
yaradılmışdır. Hadisələrin canlı şahidlərinin
xatirələri əsasında
ekran həyatı qazanan bu filmlər
faciənin yaddaşlarda
yaşamasına kömək
edir.
Xocalı faciəsi haqqında
bədii filmlərimiz
də çəkilib.
Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında
böyük xidmətləri
olan Nüşabə Məmmədovanın ssenarisi
əsasında lentə
alınan “Haray” filmi Xocalı həqiqətlərinin bədii
kinoda dolğun ifadəsi idi. Rejissor Oruc Qurbanovun quruluşunda ərsəyə
gələn kinolentdə
Xocalıda insanlığa
qarşı törədilmiş
tükürpədici qətliam
öz əksini tapıb. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri
işgəncələrə şahid olan iki yeniyetmənin baş qəhrəman kimi təqdim edildiyi filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin finalını
çox təsirli edir.
“Fəryad” Xocalı
soyqırımı haqda
ilk bədii kino əsərlərindəndir. Kinorejissor
Vaqif Mustafayevin ssenarisi əsasında mərhum sənətkar Ceyhun Mirzəyevin quruluş verdiyi və baş rolu ifa etdiyi
film öz zamanı üçün tarix yazıb desək, heç də yanılmarıq. Texniki meyarları və ümumilikdə, kino dramaturji üstünlükləri
bir yana,
filmdə müharibənin
ağrı-acıları məharətlə
göstərilib.
Digər ekran əsəri rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi
“Qırmızı qar”
filmidir. Bu filmi
də həyəcansız
seyr etmək mümkün deyil.
Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi
Elxan Qasımovun “Azərbaycanfilm” kinostudiyasında
çəkdiyi “Biz qayıdacağıq”
filmidir. Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından
bəhs edir. Ekran əsərində bir neçə xronikal kadrdan və quraşdırma səhnələrdən
istifadə olunub.
Burada məcburi köçkün
düşən insanların
məşəqqətlərindən söhbət açılır.
“Xocalı” filmi
isə mövzuya daha da yaxınlaşır,
bu ərazinin işğal ərəfəsində
və həmin gecə qarşılaşdığı
dəhşətli məqamların
real faktlara söykənən
bədii ifadəsidir.
Filmin müəllifi bədii kinonun imkanları çərçivəsində Xocalı hadisələrinin
reallıqlarını tamaşaçıya
çatdırır.
Bu sıradan son ekran
əsərlərindən biri
kimi Mədəniyyət
və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən
“Dua” sənədli filmi də faciəni
dolğunluğu ilə
əks etdirir. Bu sıraya rejissor Mehriban Ələkbərzadənin
“Xocalı soyqırımı”
adlı sənədli
filmini də qeyd etmək olar. “Azərbaycantelefilm”də
lentə alınan “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı
şahidləri” kimi nümunələr də maraqlı ekran işləridir.
2012-ci ildə rejissor Elşən Zeynallının
“Günəşin batdığı
yer”, həmin il rejissor
Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi də bu
qəbildəndir.
Bu mövzuda kifayət
qədər film çəkilmişdir. Onlardan bu
faciə haqqında dünya xalqlarına real məlumatlar vermək üçün istifadə
olunur. Bu filmlər Xocalı dəhşətlərini dünyaya
çatdıran ən
əhəmiyyətli təbliğat
vasitəsidir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 26
fevral.- S.11.