“Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli
4 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Tikintilərin Dövlət reyestrinə daxil
edilən məlumatların tərkibi, həmin məlumatların
təqdim edilməsi və reyestrin
aparılması Qaydaları”nda dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 62
Bakı şəhəri,
23 fevral 2019-cu il
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il
12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 13
iyul tarixli 193 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 1, maddə 56; 2017, ¹ 3, maddə 514; 2018, ¹ 7 (II kitab),
maddə 1646) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət
reyestrinə daxil edilən məlumatların
tərkibi, həmin məlumatların təqdim
edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1.5-ci yarımbəndinin
sonundakı nöqtə
işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
3.1.1.6-cı yarımbənd əlavə edilsin:
“3.1.1.6.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində
nəzərdə tutulmuş fəaliyyət növlərinə
dair ətraf mühitə təsirin qiymətləndirilməsi
sənədi və dövlət ekoloji ekspertizasının rəyi.”.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.- 2019.- 26 fevral.- S.3.