Baş nazirin müavini
Xalq yazıçısıyla görüşüb
Qazaxıstan Respublikasının Baş nazirinin müavini Gülşara Abdıkalikova Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Görüşdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Oqtay Mirqasımov, Heydər Əliyev adına Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günyadın, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqa qonaqlar iştirak ediblər.
Görüşdə bir çox məsələrlə bağlı
fikir mübadiləsi aparılıb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar Baş nazirin müavini Gülşara Abdıkalikova
ilə söhbəti zamanı Qarabağ problemindən söz açıb. O, Azərbaycanın
iyirmi faiz torpaqlarının işğal
altında olduğunu,
bir milyon vətəndaşımızın öz doğma el-obasından didərgin düşdüyünü və
böyük ölkələrin
bu ədalətsizliyə
səssiz qaldığını
vurğulayıb.
Sonra Azərbaycan Yazıçılar Biriyinin
tarixi, fəaliyyəti,
dərgiləri, Azərbaycan
Yazıçılar Birliyinin
fəaliyyət göstərməsində
ulu öndər Heydər Əliyevin rolu, Azərbaycan ədəbi mühitinin inkişafı, qələm
adamlarına göstərilən
dövlət dəstəyi,
Prezident İlham Əliyevin yaradıcı insanlara qarşı diqqət və qayğısı, imzalanmış
yeni sərəncamlarla
bağlı qonaqlara ətraflı məlumat verilib.
Qazaxıstan Respublikasının Baş
nazirinin müavini Gülşara Abdıkalikova
Qazaxıstan Yazıçılar
Biliyinin fəaliyyəti,
yeni layihələr, yazıçılara Qazaxıstan
dövlətinin diqqət
və qayğısından
söz açıb. O, Qazaxıstan
– Azərbaycan ədəbi
əlaqələrinin yeni
inkişaf mərhələsinə
qədəm qoyduğunu
vurğulayıb.
Görüşdə iki qardaş ölkənin bütün
sahələrdə uğurlu
əməkdaşlıq etdiyi
qeyd olunub.
Sonda Gülşara Abdıkalikova Xalq
yazıçı Anara qonaqpərvərlik
üçün minnətdarlığını
bildirib.
525-ci qəzet.-
2019.- 3 iyul.- S.2.