“Azərbaycanın dünya mədəni irsinin qorunmasına töhfəsi böyükdür

 

Bunu Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) nümayəndəsi, UNESKO-nun Bakıda keçirilən 43-cü sessiyasının iştirakçısı Laura Robinson deyib.

Bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın dünya mədəni irsinin qorunmasına töhfəsi böyükdür. UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyası kimi mötəbər bir tədbirə evsahibliyi etməsi də Azərbaycan dövlətinin tarixi və mədəni abidələrin qorunmasına xüsusi diqqətinin göstəricisidir.

Laura Robinson deyib ki, Bakı sessiyası yüksək səviyyədə təşkil olunub: “Hər şey mənim gözlədiyimdən də yaxşıdır. Azərbaycanın bu cür tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəsi var. Bunu 43-cü sessiyanın açılış mərasimində də aydın görmək olurdu”.

 

 

Hazırladı:

M.MÜKƏRRƏMOĞLU

Xalq qəzeti.-2019.- 4 iyul.- S. 3.