“Belə bir tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın artan qüdrətini göstərir”

 

“Dünya İrs Komitəsinin Bakı sessiyasında iştirakçı ölkələr maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində səmərəli müzakirələr aparırlar. Burada UNESKO-nunDünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyanın icrasının təkmilləşdirilməsi ilə bağlı mühüm tövsiyələr səsləndirilir. İnanıram ki, səsləndirilən təklif və tövsiyələrlə bağlı mühüm qərarlar qəbul olunacaq”.

Bu fikirləri UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Dünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun əməkdaşı Kolman Kriodamin səsləndirib.

Bildirib ki, Heydər Əliyev Mərkəzində UNESKO-nun sessiyasının açılış mərasiminin və növbəti tədbirlərinin Bakı Konqres Mərkəzi kimi məkanda yüksək səviyyədə təşkili Azərbaycanın artan qüdrətini göstərir.

Qonaq təmsil etdiyi təşkilatın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi ilə yaxından əməkdaşlıq etdiyini və birgə layihə həyata keçirdiyini diqqətə çatdırıb.

O, həmçinin Azərbaycanın dünyada palçıq vulkanlarının diyarı kimi tanındığını və qarşıdakı günlərdə bura ilə tanış olacağını qeyd edib.

 

 

Hazırladı:

M.MEHDİYEV

Xalq qəzeti.-2019.- 4 iyul.- S. 3.