Azərbaycanın zəngin mədəni irsinin
qorunması dövlət siyasətinin əsas istiqamətlərindən
biridir
“Heydər Əliyev Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub. Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirak etməsi Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsin qorunması və təbliğinə, eləcə də beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə dəstəyin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu sübut edir.”
– Bunu Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Mərkəzi Amerikanın Karib hövzəsində yerləşən Sent Kits və Nevis dövlətinin UNESCO-dakı səfiri Devid Doyl deyib.
O bildirib ki, gözəl Bakı şəhərini gəzdim, onun zəngin tarixi və mədəni abidələri ilə tanış oldum. Bura, həqiqətən, əsrarəngiz bir məkandır. Bakıya gələn hər kəsdə yenidən bu şəhərə qayıtmaq arzusu yaranır.
D.Doyl əlavə edib ki, beynəlxalq əhəmiyyətli belə bir tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycanın belə tədbirləri keçirməkdə zəngin təcrübəsi var. Sessiya yüksək səviyyədə keçirilir. Burada dünyadakı mədəni irsin qorunmasının yolları axtarılır, maraqlı təkliflər irəli sürülür. Sessiyada qəbul edimiş Bakı Bəyannaməsinin mədəni irsin qorunmasında əhəmiyyətli rol oynayacağına əminəm.
Hazırladı:
M.Mükərrəmoğlu
Xalq qəzeti.-
2019.- 3 iyul.- S. 2.