Turizm universitetləri
arasında memorandum imzalanıb
Azərbaycan Turizm və Menecment Universitetində
(ATMU) Azərbaycan Dövlət
Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və Özbəkistanın Baş
Nazirinin müavini Əziz Abduxakimov arasında görüş
keçirilib. Görüşdə tərəflər arasında turizm sektorunda görülən
işlər, problemlər
və gələcək
planlar müzakirə edilib.
Əziz Abduxakimov bildirib ki, Özbəkistan MDB ölkələr sırasında
Gürcüstandan sonra
vizasiz rejimə görə ikinci yerdə dayanır. Müavin, həmçinin
təhlükəsizlik məsələlərinə
də toxunub. Qeyd edib ki, ölkəsinin
dörd əsas şəhərində turistlərin
təhlükəsizliyini təmin
etmək məqsədilə
turist polisi yaradılıb. Qonşu ölkələrlə
problemləri olmadığını
söyləyən Ə.Abduxakimov
Özbəkistanın dünyanın
təhlükəsiz ölkələri
sırasında dayandığını
vurğulayıb.
Fuad Nağıyev öz növbəsində Azərbaycanda
turizm sektorunda görülən işlərdən
danışıb. Qeyd edib
ki, ötən ildən Turizm Agentliyi müstəqil qurum kimi fəaliyyətə
başlayıb. Hazırda bu
qurumun tabeçiliyində
ATMU, Milli Kulinariya Mərkəzi, bir neçə tarixi məkan fəaliyyət göstərir. Həmçinin Avstriyanın turizmlə bağlı təhsil ocaqlarının birinin Bakıda açılması
ilə bağlı danışıqlar aparılır.
Ötən il
ölkəyə iki milyondan artıq turist gəldiyini söyləyən F.Nağıyev
tək “Yanardağ” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğunu 20 min turistin ziyarət etdiyini bildirib. Qeyd olunub ki, prioritet turist axını olan ölkələr Rusiya, Gürcüstan və İrandır.
ATMU-nun rektoru
İlham Mədətov
görüş iştirakçılarına
universitetin fəaliyyət
tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və gələcəkdə həyata
keçirilməsi planlaşdırılan
işlər barəsində
ətraflı məlumat
verib. Görüş çərçivəsində
Azərbaycan Turizm və Menecment Universiteti və Özbəkistan Respublikasında
fəaliyyət göstərən
Beynəlxalq İpək
Yolu Turizm Universiteti arasında əməkdaşlıq memorandumu
imzalanıb.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2019.- 3 iyul.- S. 7.