“Zəfərli yolun
yarım əsri”
Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdikləri, praktiki diplomatiyaya verdiyi töhfələr uzun illər araşdırma sahəsi kimi yaşayacaqdır.
AMEA
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində ümummilli lider Heydər Əliyevin 1969-cu il 14
iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə
gəlişinin 50-ci ildönümü elmi sessiya və ədəbi-bədii
tədbirlə qeyd olundu.
Muzeyin direktoru akademik Rafael Hüseynov tədbiri “Heydər Əliyevli yolumuzun yarım əsri” adlı məruzəsi ilə açaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldiyi zaman Azərbaycan sovetlər ittifaqında ən geridə qalmış respublikalardan biri idi. O, ilık gündən Azərbaycanın gələcək inkişafı üçün güclü təməllərə imza atdı, qısa müddətdə iqtisadi, mədəni və digər sahələrdə bir çox uğurların əldə olunmasını təmin etdi. Ümummilli liderin təşəbbüsü ilə SSRİ-də ilk məişət kondisionerləri zavodu ötən əsrin 70-ci illərində Bakıda tikilib, istehsal olunan məhsullar bütün ittifaq ölkələrinə göndərilib və bununla Azərbaycanın sənaye həyatında köklü dəyişiklik baş verib.
Rafael Hüseynov 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsini xatırladaraq, həmin dövrdə ölkəmizin yenidən xaos və siyasi böhranla üz-üzə qaldığın bildirdi. Qeyd edildi ki, ölkəmizin belə ağır günüdə, vətəndaş müharibəsi təhlükəsi yarandığı bir zamanda ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi səhnəyə qayıtdı. Onun həyata keçirdiyi siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycan günü-gündən inkişaf etdi, XXI əsrə beynəlxalq aləmdə öz sözünü deyən qüdrətli dövlət kimi qədəm qoydu.
Hazırda Prezident İlham Əliyev ümummilli liderin müəyyən etdiyi siyasi kursu ləyaqətlə davam etdirir. Nə qədər ki, müstəqil Azərbaycan yaşayacaq, müstəqilliyimizin memarı olan Heydər Əliyev də qədirbilən insanların qəlbində həmişə xatırlanacaq.
Tədbirdə həmçinin, Azərbaycan Milli Konservatoriyasi tərkibində
İncəsənət Gimnaziyasinin Teatr şöbəsinin şagirdlərinin
ifasında şeirlər səsləndi,
dahi liderin həyat yolu və fəaliyyətini əks etdirən sərgi
və video çarx nümayiş olundu. Muzeylə əməkdaşlıqda
fəallıq göstərən şəxslər Fəxri fərmanlarla
təltif edildilər.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2019.- 4 iyul.- S. 10.