Dünya yüksək dəyərləndirir

 

Bu sözləri UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, təşkilatın Ərəb Ölkələri üzrə Regional Mərkəzinin direktoru Şadiya Toquan deyib.

Bildirib ki, UNESKO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biri olan Ümumdünya İrs Komitəsinin sessiyası hər il müxtəlif məkanlarda keçirilir. Azərbaycanın UNESKO-nun belə bir mötəbər tədbirinə evsahibliyi etməsi onun həm zəngin tarixə və mədəniyyətə sahib olmasını, həm də bu irsin qorunub saxlanılmasına verdiyi töhfələrin dünyada yüksək dəyərləndirildiyini nümayiş etdirir. Düşünürəm ki, Bakı sessiyasında geniş müzakirələr aparılacaq, dünyaya faydalı mesajlar veriləcək. Sessiyanın proqramı çox zəngin olsa da, çalışacağam ki, şəhərinizi mümkün qədər çox gəzim.

Ş.Toquan vurğulayıb ki, belə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ölkənizin Bakı Konqres Mərkəzi kimi möhtəşəm məkanı vardır. Bakı belə tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəyə malikdir. Bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətini təbrik edirəm. Sessiya çərçivəsində təşkil olunan müzakirələr zamanı komitə üzvlərinin UNESKO-nunÜmumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının (Paris, 1972-ci il 16 noyabr) icrasının təkmilləşdirilməsinə verdiyi tövsiyələr çox dəyərlidir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.-6 iyul.- S.7.