Ali pedaqoji məktəbdə yeniləşmə təhsil islahatının ümumi uğurlarına əsaslı təminat yaradır

 

Gənc nəslin maariflənməsi və müstəqil həyata hazırlanması ən qədim fəaliyyətlərdən biri kimi ictimai inkişafın əksər mərhələsində, ilk növbədə, cəmiyyətin təhsil sistemi ilə sıx bağlı olmuşdur. Bəzi ökələr təhsil fəaliyyəti və qurumları üçün kifayət qədər resurs səfərbər edə bilməsə də, buna baxmayaraq, onun ictimai həyatda mərkəzi rolunu qeyd-şərtsiz qəbul edir. Bütün bunlara görə UNESKO XXI əsri “Təhsil əsri” elan etmişdir.

Müstəqil Azərbaycanın təhsil sistemi yeni əsrə beynəlxalq standartlara uyğun əsaslı islahatların dönməz xarakter alması şəraitində daxil olmuşdur. Bu yüzillik milli təhsil tariximizdə islahatlar əsri kimi qalacaqdır. Ölkəmizdə təhsilin məzmunca yaxşılaşdırılması, gənc nəslin dünyagörüşünün formalaşdırılması, təlim və tərbiyəsinin düzgün təşkil edilməsi cəmiyyətin qarşısında duran gündəlik mühüm vəzifələrdən biridir. Yeni innovativ təlim vasitələrinin yaranması təhsil prosesində yenilənmələrin davamlı surətdə aparılmasını, islahatların ardıcıllığının təmin olunmasını tələb edir. Cəmiyyətimizin gələcək inkişafı da məhz bunu tələb edir.

Respublikanın bütün orta təhsil müəssisələri üçün müəllim kadrları pedaqoji universitetlərdə, o cümlədən pedaqoji təhsil müəssisələrinin bayraqdarı olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hazırlanır. Pedaqoji universitetlərin hazırladığı kadrlar bütün ali məktəblər üçün tələbə yetişdirirbuna görə də aparılan islahatların ağırlıq mərkəzi, təbii ki, burada-- ali pedaqoji müəssisələrdə cəmlənir.

Son illərdə bir sıra ali məktəb rektorlarının dəyişdirilməsi aparılan islahatların ən önəmli bir elementidir desək, yanılmarıq. Doğrudan da, ADPU-nun rəhbərliyi dəyişdikdən sonra universitetin və fakültələrin həyatında ciddi yenilik, məzmunlu canlanma hiss olunur. Bu yazımızda ADPU-da son 3 ildə baş verən əsaslı uğurları qeyd etməklə yanaşı, özümüzun çalışdığımız sahədə-- fizikatexnologiya fakültəsində qazanılan uğurlardan bəhs edəcəyik.

2016-cı ildə fakültə rəhbərliyi dəyişdirildikdən sonra kollektivimizin sürətli inkişaf dinamikası aydın hiss olunur. Faktlara keçək. Fakültədə fizika müəllimliyi ixtisası üzrə 2015/2016-cı tədris ilində 79 faiz, 2016/2017-ci tədris ilində 82 faiz, 2017/18-ci tədris ilində 84 faiz olmuşdur. Bu göstərici texnologiya müəllimliyi ixtisası üzrə müvafiq olaraq 51-- 69 və 71 faiz olmuşdur. 2015/2016-cı tədris ilinə kimi 1 nəfər də olsun belə əlaçısı olmayan fakültənin sonrakı tədris ilində 122 əlaçısı olmuşdur. Artıq iki ildir ki, fakültədə fizika müəllimliyi ixtisası üzrə rus bölməsi də fəaliyyət göstərir. Son tədris ilində fakültəyə ali təhsilin magistratura səviyyəsində 19 magistr qəbul olunmuş və hazırda 37 magistr təhsil alır.

Son üç il ərzində fakültənin kadr potensialının möhkəmlənməsində böyük irəliləyiş müşahidə olunur. “Fizikanın tədrisi metodikası” kafedrasının dosenti, pedoqoji elmlər doktoru İsa İsmayılov professor elmi adına layiq görülmüşdür. “Ümumi fizika” kafedrasının dosentləri Namiq Niftiyev, Aydın Ələkbərov və Cahangir Hüseynov doktorluq dissertasiyasını müdafiə edərək fizika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşlər. Kafedranın baş laborantı Aybəniz Rzayeva fizika üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Kafedranın dosenti Asəf Nəbiyev elmlər doktoru, baş laborant Aygün İbrahimli isə fizika üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işlərini tamamlamaq üzrədirlər.

Ümumi fizika” kafedrasının professorları Edil Eyvazov, Vaqif Nəsirov daha məhsuldar işləmişlər. Vaqif Nəsirovun doktorantı Razim Bayramov fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Son illərdə fakültədə müəllimlərin reytinq qiymətləndirilməsi həyata keçirilməsi kafedraların professor-müəllim heyətinin impakt faktorlu jurnallarda çap olunmuş elmi məqalələrinin sayının bir neçə dəfə artmasına səbəb olmuşdur. Kafedranın müəllimlərindən Edil Eyvazovun, Vaqif Nəsirovun, Namiq Niftiyevin, Xanlar Həsənovun elmi məqalələri Rusiyanın ən məşhur jurnallarında (Ôèçèêà è òåõíèêà ïîëóïðîâîäíèêîâ, Êðèñòàëëîãðàôèÿ) çap olunmuşdur. “Ümumi fizika” kafedrasının müdiri, fizika elmləri doktoru C.Hüseynovun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqədə qrant layihəsinin (60 min manatlıq) qalibi olmuşdur.

Fakültəmizin son üç ildə sürətli inkişafında, bir sıra mütərəqqi ideyaların reallaşmasında cavan, istedadlı və bacarıqlı dekan, fizika-riyaziyyat elmləri namizədi, dosent Arzu Daşdəmirovun böyük əməyi vardır. O, öz fəaliyyətində əməkdaşların, o cümlədən ağsaqqalların təklif və təşəbbüslərini həmişə diqqətlə qarşılayır, mümkün olan təkliflərin həyata keçirilməsinə nail olur. Məhz ağsaqqalların arzusu və dekanın səyi ilə vaxtilə fakültədə işləmiş, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü Abasqulu Abaszadənin və fakültəmizin məzunu, SSRİ EA-nın müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının mərhum prezidenti Həsən Abdullayevin adını daşıyan ixtisas auditoriyaları yaradılmışdır. “Ümumi fizika” kafedrasının “Elektrikmaqnetizm”, “Optika” və “Atom fizikası” laboratoriyaları respublikanın ali təhsil müəssisələri arasında ən müasir cihazlarla təmin olunmuş tədris laboratoriyaları hesab olunur.

Tədrisin keyfiyyətini yüksəltmək, tələbələrdə elmə olan marağı artırmaq üçün fakültədə fənn olimpiyadalarının, fizika və yaradıcılıq gecələrinin keçirilməsi sistemli şəkildə davam etdirilir. Fizika gecələrinin keçirilməsində vaxtilə fakültənin məzunları olmuş akademiklər Bahadur Tağıyev və Cavad Abdinov dəvət olunurqalib tələbələrin mükafatlandırılmasında iştirak edirlər.

Universitet rəhbərliyi tərəfindən imtahanların yazılı şəkildə aparılması tələbələrdə elmə olan marağı xeyli artırmışdır. Yazılı imtahanlar tələbələrə öz biliklərini daha geniş formada nümayiş etdirməyə imkan verir, onları öyrənməyə, bilikləri daha dərindən mənimsəməyə sövq edir. Tam şəffaf şəkildə keçirilən bu imtahanlar tələbələr arasında əsil bilik yarışına çevrilmişdir. Əvvəllər heç bir adlı təqaüdçüsü olmayan fakültələrdə indi onlarla əlaçı və zərbəçi tələbə vardır. Tələbələr arasında bilik yarışını stimullaşdıran amillərdən biri də fakültədə dekanın şəxsi təşəbbüsü ilə pilot qrupun yaradılmasıdır. Müvafiq kursun yüksək qiymətlər almış tələbələrindən təşkil olunan bu qrupda heç bir vəsait ödəmədən, əlavə olaraq ingilis dili, informatika, riyaziyyat fənlərinin dərinləşmiş proqramı üzrə dərslər keçilir.

Dördüncü kurs tələbələri məktəb praktikasında əldə etdikləri bilikləri şagirdlərə tədris etməklə praktiki vərdişlərə yiyələnirlər. Təsadüfi deyil ki, praktikanın aparıldığı bütün qabaqcıl ümumtəhsil məktəblərinin direktorları və pedaqoji şuraları tələbələrimizin təcrübi fəalliyyətini yüksək qiymətləndirir, onları mükafatlandırırlar.

Müxtəlif istiqamətli elmi-tədqiqat işlərini davam etdirmək üçün “Mayelər fizikası” və “Yarımkeçiricilər fizikası” laboratoriyalarının yenidən qurulması üçün tədbirlər görülür. Müəllimlərin və tələbələrin elmi dünyagörüşünü inkişaf etdirmək üçün fakültədə təşkil olunan elmi seminarlarda məruzə ilə çıxış etmək üçün respublikamızın, eləcə də Rusiyanın, Türkiyənin tanınmış alim və mütəxəssisləri dəvət olunurlar.

Texnologiyaonun tədrisi metodikası” kafedrasına gəldikdə isə vaxtilə işləməyən və yararsız vəziyyətdə olan cihaz və avadanlıqlar işlək vəziyyətə gətirilərək tələbələrin ixtiyarına verilmişdir. Bütün fənlər üzrə tədris proqramları yeniləşdirilmiş, müasir tələblər səviyyəsində yenidən tərtib olunmuşdur.

Bu gün fakültə rəhbərliyi və kollektivinin əsas hədəfləri baza kafedralarında müxtəlif ixtisaslaşmalar üzrə magistr hazırlığını bərpa etmək, ADPU-da fizika ixtisası üzrə bakalavr hazırlığının yenidən bərpasına, tədrisi ingilis dilində həyata keçirilən qrupların formalaşdırılmasına, müxtəlif qrant layihələrinə qoşulmaqla elmi tədqiqat fəaliyyətinin inkişafına, STEM müəllimliyi ixtisasının yaradılmasına nail olmaqqoşa ixtisaslarda mütəxəssis hazırlığını təşkil etməkdir.

Pedaqoji Universitetdə bu gün hökm sürən sağlamişgüzar mühit, tələbə və müəllimlərimizin yüksək əmək əhval-ruhiyyəsi deməyə əsas verir ki, təhsil islahatının tələblərindən irəli gələn bütün vəzifələrə uğurla nail olacağıq. Universitet və fakültə rəhbərliyi dəyişdikdən sonra aparılan işlərin nəticəsidir ki, tələbələrimiz sosial şəbəkələrdə bu dəyişiklikliyə öz müsbət münasibətlərini bildirirlər. Bir tələbəmiz isə öz feysbuk səhifəsində bu dəyişikliyi şərh edərək yazmışdı: “Mən tələbəliyin şirinliyini indi hiss etməyə başlamışam”.

Deməli, ADPU-da aparılan islahatlar düz istiqamətdə gedir. Bu yolda müəyyən qüsurlar maneələr ola bilər. Doğru, yeniləşmiş yolumuza davam etməklə onları asanlıqla aradan qaldırıb daha önəmli hədəflərə çatacağıq. Bütövlükdə isə ali pedaqoji məktəbdə yeniləşmə təhsil islahatının ümumi uğurlarına əsaslı təminat yaradır.

 

Vaqif NƏSİROV

 

Edil EYVAZOV

ADPU-nun professorları

 

Xalq qəzeti.- 2019.-7 iyul.- S.4.