“Azərbaycan ədəbiyyatı tarixioncildliyinin ilk kitabı çapdan çıxıb

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin I cildi çapdan çıxıb. Bu elmi fundamental nəşrin ilk kitabı tarixi-xronoloji prinsipə əsaslanmaqla, milli söz yaradıcılığının ilkin mərhələsi olananadilli yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayanŞifahi xalq ədəbiyyatı”na həsr edilib. Bu barədə redaksiyamıza məlumat verən institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova bildirdi:

– Ədəbiyyat İnstitutunda 10 cilddən ibarət “Azərbaycan ədəbiyyatı tarixinin hazırlanmasına bir neçə ildir ki, başlanılmışdır. Çoxcildlikdə milli ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar verilməsi, bədii söz sənətimizin inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim edilməsi nəzərdə tutulmuşdur. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı geniş həcmli təqdimatı ilə başlayan I cilddə milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan, bədii təfəkkür baxımından eposa qədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır.

Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini sistemli şəkildə canlandıran “Azərbaycan folkloru” adlı oçerkindən başlayaraq, onun ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla təqdim olunur. Folklora yeni yanaşma tərzi sərgiləyən, milli-tarixi kimlik amilini, mənəvi-mədəni sərvətimizin mahiyyətini önə çəkən birinci kitabda mifologiya (Arif Acaloğlu), arxaik folklor janrları, mərasim folkloru, əmək nəğmələri (Bəhlul Abdulla), qədim türk eposu (Nizami Cəfərov, Kamil Vəliyev), oğuznamələr (Əfzələddin Əsgər), “Kitabi-Dədə Qorqud” (Tofiq Hacıyev), xalq gülüşü, qaravəllilər (Muxtar İmanov), dastanlar (Məmməd Hüseyn Təhmasib, Məhərrəm Qasımlı), bayatılar, qam-şaman kompleksi, ozan-qopuz ənənəsi, aşıq sənəti, aşıq mühitləri (Məhərrəm Qasımlı), “Koroğlueposu (Nizami Cəfərov, Məmməd Əliyev, İsrafil Abbaslı), lətifələr (Təhmasib Fərzəliyev, Muxtar İmanov), nağıllar, atalar sözü və məsəllər, tapmacalar (Oruc Əliyev), əfsanələr, rəvayətlər, aşıq rəvayətləri (Aynur Xəlilova), xalq dramları, uşaq folkloru (Ramazan Qafarlı), meydan tamaşaları (Azad Nəbiyev) ilə bağlı dəyərli araşdırmalar təqdim olunmuşdur.

Kitabın sonrakı bölmələrində aşıq sənətinin görkəmli nümayəndələri olan ustad aşıqlar Qurbani (Qəzənfər Kazımov), Aşıq Alı (Məmməd Əliyev), Aşıq Ələsgər (İslam Ələsgər), Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Valeh, Molla Cuma, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir (Məhərrəm Qasımlı), Aşıq Hüseyn Şəmkirli (Sədnik Paşa Pirsultanlı, Məhərrəm Qasımlı), Mikayıl Azaflı (Qəzənfər Paşayev) barədə ayrıca oçerklər verilmişdir. Cilddə Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşr edilməsi məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri də tədqiqata cəlb olunmuş, “Folklorşünaslıq” (Qəzənfər Paşayev, İsrafil Abbaslı, Aynur Xəlilova) oçerkinə ayrı-ayrı folklorşünaslarımız haqqında yığcam məlumatlar daxil edilmişdir.

Folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixinin I cildi Azərbaycan folklorunun öyrənilməsi üçün böyük əhəmiyyəti olan mühüm elmi mənbədir. “Azərbaycan ədəbiyyatı tarixiçoxcildlik nəşrinin “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü əhatə edən II cildiçapa təqdim olunmuşdur.

Xatırladaq ki, “Azərbaycan ədəbiyyatı tarixinin birinci – “Şifahi xalq ədəbiyyatı” cildinin Baş Redaksiya Şurası akademik Akif Əlizadə (sədr), akademik İsa Həbibbəyli (baş redaktor), akademik Teymur Kərimli və professor Məhərrəm Qasımlıdan, redaksiya şurası isə akademik İsa Həbibbəyli (baş redaktor), professor Məhərrəm Qasımlı (məsul redaktor), dosent Aynur Xəlilova (məsul katib), professor Qəzənfər Paşayevprofessor Əlizadə Əsgərlidən ibarətdir.

 

 

 

Hazırladı:

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.-7 iyul.- S.6.