Azərbaycan öz istəyinə nail oldu
UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi daha bir uğurdur.
Bunu millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
akademik Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, bu qərarın
qəbul edilməsi Azərbaycanın UNESKO çərçivəsində
apardığı gərgin
fəaliyyət, eyni zamanda, ölkə rəhbərliyinin bu məsələyə ayırdığı
xüsusi diqqətin nəticəsidir:
"Uzun müddətdir Şəkinin
tarixi mərkəzinin
Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində
iş aparılırdı.
Çünki bunun üçün
Ümumdünya İrs
Komitəsi tərəfindən
bir sıra şərtlər irəli
sürülürdü. Sonunda ölkəmiz tərəfindən görülən
işlər öz nəticəsini verdi
və Azərbaycan öz istəyinə nail oldu.
Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması
ilə bağlı qərarın UNESKO-nun Ümumdünya
İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiyası çərçivəsində
verilməsi isə xüsusi əhəmiyyət
kəsb edir. Çünki İrs Komitəsinin sessiyasının Bakıda
keçirilməsi Azərbaycana
beynəlxalq aləmdə
yüksək dəyər
verilməsinin, eyni zamanda ölkəmizin ümumdünya mədəni
irsinin qorunması istiqamətində gördüyü
işlərin dünya
tərəfindən qəbul
olunmasının göstəricisidir".
Millət vəkili
əlavə edib ki, Azərbaycan dövləti ölkəmizin
mədəni abidələrinin
qorunması istiqamətində
ölkə xaricində
də mühüm işlər həyata keçirir:
"Görülən
bu işlər nəticəsində Azərbaycanın
Dünya İrs Siyahısına daxil edilən abidələrinin
sayı artmaqdadır. Şəki
İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan
üçüncü mədəni
irs məkanı
oldu. Əlbəttə ki, bu, ölkəmizin böyük
uğurudur".
Qeyd edək ki, Bakı
Konqres Mərkəzində
UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının
ötən gün keçirilən növbəti
iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.
Xalq qəzeti.- 2019.-9 iyul.- S.6.