UNESKO-nun Dünya İrs Siyahısı Şəki Xan Sarayını bütün dünyada tanıdacaq

 

“UNESKO-nun Dünya İrs Siyahısı beynəlxalq irsin siyahısıdır. Şəkinin qədim hissəsinin, Yuxarı Baş Qoruğun və Şəki Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına salınması Azərbaycanı dünyada daha da tanıdacaq”. Bunu ölkə KİV-nə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva deyib.

Alimin sözlərinə görə, siyahıya daxil olan abidələr təkcə aid olduqları ölkənin deyil, həm də bütövlükdə dünyanın irsi sayılır: “Ona görə də bura daxil olan abidələr dünya tərəfindən qorunmalıdır. Azərbaycan üçün bunun müsbət tərəfi odur ki, ölkəmizdəki abidə dünya tərəfindən qorunacaq. Hazırda Şəki Xan sarayı və Şəkinin tarixi mərkəzi ilə yanaşı, “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” və “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” da Dünya İrs Siyahısında yer alır. Şəkinin qədim hissəsinin, Yuxarı Baş Qoruğunun və Şəki Xan Sarayının siyahıya alınması UNESKO-nun nəzarəti altında qorunacaq. Bununla yanaşı ölkəmiz, abidələrimiz və millətimiz dünyada tanınacaq. Bununla da bizim tariximiz bütün dünyada yayılacaq.

UNESKO-nun Dünya İrs Siyahısına daxil olan abidələr təkcə aid olduqları ölkənin deyil, həm də bütövlükdə dünyanın irsi sayılır. Ona görə də bura daxil olan abidələr dünya tərəfindən qorunmalıdır. Azərbaycan üçün bunun müsbət tərəfi odur ki, ölkəmizdəki abidə dünya tərəfindən qorunacaq".

 

R.TAHİR

 

Xalq qəzeti.- 2019.-10 iyul.- S.5.