Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq mövcuddur

 

Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir. Azərbaycan Respublikası Prezidentinin Avropa İttifaqı ölkələrinə mütəmadi səfərləri və keçirilən görüşlər əməkdaşlığın inkişafında xüsusi önəm daşıyır. Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq, VizaReadmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlər imzalanıb. Bununla yanaşı, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlığa dair ikitərəfli sazişlər də mövcuddur. Ölkəmiz Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir.

Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 milyard ABŞ dollarından çox investisiya yatırıb. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşas.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyət göstərir.

Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiyaİşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir.

Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAIEX, SIGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edirbu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 milyon avroya yaxın dəstək göstərilib.

Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Bu təşkilata üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ildən-ilə artır. Respublikamızda Avropa İttifaqı ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. Bununla belə, Azərbaycan təşkilatla əməkdaşlığın davamlı olaraq genişlənməsində maraqlıdır.

Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv əməkdaşlıq mövcuddur. Bununla bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdim. Əvvəlcə qeyd edim ki, Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir.

Cənub Qaz Dəhlizi Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) “Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq.

TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycan artıq öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara biləcək.

Dəhlizin reallaşmasından qazanan tərəflər həmçinin qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, TAP-a daevsahibliyi” edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq.

Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldilib.

İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin “Şahdəniz” yatağının birinciikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq. Qeyd edək ki, bu gün “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Dəhliz Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq.

Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.

 

Vüqar BAYRAMOV,

İqtisadiSosial İnkişaf Mərkəzinin rəhbəri

 

Xalq qəzeti.- 2019.-11 iyul.- S. 8.