Qriqorian kilsəsinin zəngləri və “ziyalı” cızma-qaraları 

 

Cinayəti törədənlə cinayət barədə məlumatı olub onu ört-basdır edən eyni məsuliyyəti bölüşür. Çünki biri cinayəti törədib, digəri isə ona əl-qol açması üçün şərait yaradıb və dəstək verib. Bu baxımdan, zaman-zaman erməni terrorizminin bu qədər qol-qanad açmasında, cəzasızlıq şəraitində fəaliyyət göstərməsində müstəsna rol oynayan faktor məhz Qriqorian kilsəsi və özünü erməni millətinin ziyalısı hesab edənlər olmuşdur.

Məsələn, hər birimiz erməni həm də irqçi ideologiyasının əsas ideoloqlarından olan Silva Kapitukyan, Zori Balayan, David Xerdiyanın adlarını müntəzəm eşidirik. Bu şəxslər 1988-ci ildən bəri “Krunk” təşkilatının əsas ilhamverici qaynaqları olmuş və azərbaycanlılara qarşı vandalizm aktlarının əsas təşəbbüskarları qismində çıxış etmişlər. Lakin bir neçə əsr öncəyə qayıdanda, yenə eynilə müasir günümüzdə gördüyümüz reallıqların baş verdiyini öyrənmiş oluruq. Müasir erməni şovinizminin əsasının qoyulduğu dövrləri konkret müəyyən etmək isə müşküldür. Çünki tarixin hansı dönəminə baxsaq, erməni kilsəsinin ruhanilərinin və ya erməni yazıçılarının böyük Ermənistan arzuları və yaxud “məzlum erməni”, “köməksiz erməni” fikirlərini oxuyuruq. Ermənilərin başqa xalqlarda olanları mənimsəmə hissi də məhz həmin özünü ziyalı adlandıran yazarlar və ruhanilərin fitvası baş vermişdir.

 

Ultramillətçi erməni paranoyyası

 

Erməni millətçiliyinin və təcavüzkarlığının başlıca göstəricilərindən biri onun təbliğat maşınının son dərəcə fəal işləməsi və həmin təbliğatın hədyanlar və böhtanlar üzərində qurulmasıdır. Ermənilər onlara qarşı hər hansı bir loyallığı hiss edən kimi dərhal təbliğat maşınını işə salır, xalqlarının beyinlərini cəfəng və uydurma məlumatlarla doldurmağa çalışırlar. Bu istiqamətdə artıq ermənilərin hazır ideoloji konsepsiyaları da mövcuddur.

Dünyada yəqin ki, elə bir xalq tapmaq olmaz ki, onun tarixi erməni tarixi qədər saxtalaşdırılmış olsun. Milli müstəsnalığı, ermənilərin digər millətlərdən yüksəkdə olduğunu erməni ideoloqlarının başında gələn isimlərdən biri Xaçatur Abovyan aşağıdakı kimi təsvir edirdi: “Bu həmin olkə, bu həmin misilsiz xalq... Mənim ermənilərim, siz hansı südlə böyüdülmüsünüz, siz hansı bətndə həyat tapmısınız, hansı əl sizi qucaqlamışdır, hansı dil sizə xeyir-dua vermişdir ki, nəticədə siz belə bir ruha, belə bir ürəyə malik olmusunuz və görünməmiş bir möcükimi dünyaya qədəm qoymusunuz”. Əlbəttə, bir yazıçının öz xalqını bu şəkildə müstəsna təriflər yağışına tutmasını haradasa anlamaq olar, lakin fərq ondadır ki, erməni yazıçılarında bu şovinizm paranoyya səviyyəsinə çatır və nəticədə milli-ayrıseçkiliyi təbliğ edir. Bu sərsəmləmələrin bir növü olaraq ermənilərin uzun müddət özlərini “Nuh tufanından qalma millət” adlandırması dezinformasiyasıdır.

X.Abovyan yazır: “Qəhrəmanlıq, sağlam ruhun güc, ürək genişliyi, igidlik, iradə möhkəmliyi, əsl mənəvi güc bax belə olar ki, Nuhun tufanından başlamış bu günə kimi heç bir xalqda elə bir şey görünməmiş və heç vaxt da görünə bilməz”. Söhbətin hansı iradədən, hansı gücdən getdiyi isə naməlumdur. Minillik dövlətlərə, imperiyalara sahib olan xalqların ümumbəşəri səviyyəyə qalxmış yazıçı və filosoflarının heç birinin yaradıcılığında bu şəkildə gülünc mübaliğələrə rast gəlinmir. Hətta o, daha da irəli gedərək erməniləri ən qədim və ən üstün xristian xalq adlandırır: “Biz özümüz yaxşı bilirik ki, xaçBibliya bizim sərvətimizdir, erməni xalqı on ikiyetmiş iki xristian xalqından daha yüksəkdədir, erməni ibadətçiliyi və şarakanı, erməni dünyası və inam simvolu başqa heç bir xalqda yoxdur...” Gördüyünüz kimi, ancaq öz xalqına bağlılıq və başqa xalqlara düşmənçilik və nifrət üzərində qurulan yazılar. Erməni yazarları və ruhaniləri bilməlidirlər ki, bu tipli cümlələr əks təqdirdə, millətciliyə və milli ədavətə çevrilə bilər. Tarix sağlam qürur və ibrət üçün öyrənilməlidir, başqa xalqlara nifrət tərbiyə edilməsi üçün yox.

Ümumiyyətlə, erməni terror təşkilatlarının meydana gəlməsi və formalaşması tarixində kilsə əhəmiyyətli rol oynayıb. Bu, xüsusilə, Çar Rusiyası, Fransa və İngiltərənin regionun gələcəyi ilə bağlı geostrateji planlarının olmasından doğmuşdu. Digər tərəfdən, məlum olduğu kimi, Osmanlı dövləti çərçivəsində ermənilər xristian azlığını təşkil edirdi. Erməni xristianlığı dünyanın başqa xristian qruplarından onunla fərqlənirdi ki, erməni kilsəsi Roma kilsəsinin hakimliyini tanımırdı, papa hakimiyyətinə heç bir maraq göstərmirdi, öz qriqorianlıq inamı ətrafında birləşməyə üstünlük verirdi. Bu baxımdan, kilsə həmişə siyasətdə fəal iştirak edib və ermənilərin qonşularına qarşı nifrət hissini qızışdırmaqda xüsusi rol oynayıb. Bu barədə Amerika tarixçisi Samuel Vims yazır ki, xristian ermənilərin və müsəlman Osmanlıların arasında yaranan nifrətin kökündə erməni kilsəsinin əməyi və səyləri durur. Baş keşiş Gevond Turyan 1917-ci ildə İstanbulda dərc edilmiş kitabında da erməni terror təşkilatlarının formalaşmasında kilsənin rolunu açmışdır. Turyan yazır ki, “uzun müddət dini icmalar erməni inqilabçı partiyalarının mərkəzi idi, burada ən dəhşətli proqramlar hazırlanmışdı… Dini mərkəzlər danışıqlarla və yazı ilə xalqı üsyana çağırırdı. Çıxışlarda yüksək sözlər və İncilin doktrinaları xatırlanmırdı. Sədaqət və düzgünlük yerinə üsyana, insanlıq yerinə nifrətə və qisasa, əxlaq yerinə alçaqlığa və rüsvayçılığa çağırışlar eşidilirdi

Böyük Ermənistan”, “məzlum ermənilər”, “ilk əzabkeş xristianlar” cəfəngiyyatlarının qaynaqlandığı mənbələrdən biri də “Erməni tarixinin atası” hesab edilən M.Xorenatsinin “Ermənistan tarixi” əsəridir. Bu əsər erməni tarixşünaslığı üçün ilk yazılı “mötəbər mənbə” hesab edilir. Lakin bu əsərdə tarixi saxtakarlıq, ermənilərin əzabkeş və böyük ərazilərə sahib olan etnos kimi təqdim etmək edilməsinin utopiya olduğu bütün tarixi dəlillərlə sübut edilmişdir. Lakin din xadimi adına iddialı birisinin bir milləti şovinizmə yuvarlaması heç bir səmavi kitabın prinsipinə uyğun deyildir. Bu keşiş ermənilərdə dini dəyərlərin təbliği deyil, açıq milli ədavət hissini tərbiyə edir. Ən maraqlı məqam isə budur ki, M. Xorenatsinin özününtarixi şəsiyyət olmaması sübut edilib. Bu barədə Azərbaycan alimləri ciddi araşdırmalar aparıb və belə qənaətə gəliblər ki, onun əsərini 1858-ci ildə rus dilinə çevirən və nəşr etdirən N.Eminin həm M.Xorenatsinin, həm də erməni əlfbasının atası sayılan Mesrop Maştosun doğum tarixlərinin düz gəlməməsində saxtakarlıq ilkin olaraq ifşa edilir.

 

Erməni xalqı terrorçuluq məngənəsində

 

Erməni xalqının tarixinə və müasir vəziyyətinə diqqət yetirsək, aydın görərik ki, onların taleyi hər zaman bu iki zümrənin əlində oyuncağa çevrilib. Kilsə xadimləri və erməni ziyalılarını erməni paranoyyasının, terrorizminin ilk rüşeymi hesab etmək olar. Bu zümrə öz xalqlarını çirkin əməllərinə don geyindirmək üçün daim istifadə etmiş, hakimiyyət, qisas ambisiyalarını psevdopatriotluqla pərdələmişdir. Nəticədə isə öldürən də, öldürülən də erməni xalqının sıravi nümayəndələri olmuşdur.

Terror fəaliyyətinin müasir təcrübəsində terrorizmin geniş yayılmış etnik təmizləmə, kütləvi talanlar və çoxsaylı insan tələfatları ilə müşayiət olunansonsuz qəddarlığı ilə səciyyələnən növlərində məhz erməni ziyalılarının və kilsə xadimlərinin xeyir-duasını görmək mümkündür. Erməni terrorizmininiqçiliyinin ideya atalarından biri olan Şahan Natali “erməni məsələsi”ndən bəhs edən bir sıra əsərlərində açıq-aşkar türklərə qarşı azğın addımlar atılmasını təbliğ etmişbununla bağlı “Türklər və biz”, “Ankaradan Bakıyacan türkçülük” ,” Yeni əlavə: “Necə” və “Niyə” Aleksandrapol müqaviləsi” kimi təxribatçı əsərlər yazmışdır. O, 1970-1980-ci illərdə türk diplomatlarına və diasporuna qarşı AmerikaAvropada tüğyan edən erməni terrorizmini, terror dəstələrinin fəaliyyətini yüksək qiymətləndirmiş və onlara bəraət qazandırmağa çalışmış, bunu türklərlə mübarizədə yaşamağın əsas şərti kimi təbliğ etmişdir.

Görünən odur ki, əgər erməni terrorizmi madditexniki təminatını bir sıra böyük dövlətlərdən alıbsa, ideoloji dayaqlarını kilsə xadimləri və milli ədavət toxumu səpən “ziyalı”larından götürmüşdür.

1885-ci ildə birinci erməni siyasi partiyası “Armenakan” yaradılanda partiyanın üzvləri Osmanlı dövlətində və Avropa ölkələri ilə yanaşı, Rusiyaİran ərazilərində də fəaliyyət göstərirdilər. Onun rəhbəri Marselə (Fransa) mühacirət etmiş erməni ideoloqu M.Portakalyan silah alınması üçün pul toplanması ilə məşğul olub. Bununla bağlı o, Erməni Vətənpərvərlik Cəmiyyətini təşkil edib. Alınmış müasir silahlar Vandaonun ətraflarında yaşayan ermənilər üçün nəzərdə tutulurdu. Orada onlara diversiya-terror müharibəsinin aparılmasının sirləri öyrədilir və havadarlarının dəstəyi ilə üsyana hazırlayırdılar.

1886-cı ildə Cenevrədə erməni ideoloq Nazarbekyan tərəfindən yaradılmış “Qnçak” (“Zəng”) partiyası da Osmanlı dövlətinə qarşı mübarizənin əsas metodunun terror olduğunu bəyan etmişdi. Bu partiyanın proqramının 4-cü bəndində göstərilirdi: “ Nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün, inqilabçı hökumət aşağıdakı metodlara müraciət etməlidir: təbliğat, təşviqat, terror, təxribatçı təşkilatların yaradılması və s”.

Daşnaksütyunun məqsədlərinə çatmaq üçün tətbiq etdiyi terror metodları xüsusi qəddarlığı və sərtliyilə fərqlənirdi. Həmçinin etnik ermənilərin şüur və düşüncələri üzərində hakimiyyət üçün mübarizədə, guyavaxtsa mövcud olmuşBöyük Ermənistan”, “bu xalqın əzabkeşliyi”, onlara qarşı “tarixi haqsızlıq” barəsində və “milli istisnalıqları”na dair miflər yaradılırdı.

Erməni kilsəsi erməni terror təşkilatlarına daim maddi və mənəvi dəstək göstərmişdir.  Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev yazır ki,1983-cü il noyabrın 21-də Kaliforniyada erməni kilsəsi katolikos E.Tabakyanın başçılığı ilə “Xampiq axşamı” keçirir. Axşam Livan ermənisi terrorçu Xampiq Sasunyana həsr edilmişdi. O, 1982-ci il yanvarın 28-də Los-Ancelesdə türk konsulu K.Arikanı öldürmüşdübu cinayətə görə məhkum edilmişdi. Terrorçulara erməni kilsəsi tərəfindən bu cür ehtiramın göstərilməsi həmişə davam edib. Kilsə terrorçuları “böyük əzabkeşlər” kimi xatırlayırdı. Belə hallardan biri də, erməni terrorçuları Yeganyan, Daqleyan, Krcleyan, Acemyan və Abramyanın 1983-cü il iyulun 27-də Lissabonda (Portuqaliya) türk səfirliyinin binasını tutması ilə bağlıdır. Belə ki, “Lissabon beşliyi” adını almış bu terror qrupuDaşnaksütyuna ən yaxın terror təşkilatı “Erməni inqilabçı ordusunun tərkibinə daxil idi. Polisin hücumu zamanı onlar özlərini partladırlar və bu zaman səfirin arvadı da həlak olur. 1984-cü ilin yanvar ayı ərzində erməni kilsələri “Daşnaksütyunun köməkliyi ilə ABŞ-ın bir neçə ştatında “Lissabon beşliyinin xatırə günlərini keçirir.

1987-ci ildə Eçmiədzində erməni kilsəsinin katolikosu I Vazgen ABŞ-aKanadaya səfər edib. Nyu-York, San-Fransisko və Los-Ancelesdə, həmçinin Kanadada etnik ermənilərlə görüşləri zamanı katolikosun çıxışlarının əsas leytmotiviBöyük Ermənistan” naminə bütün ermənilərin birləşməsinə çağırış idi. O həmçinin dünya ermənilərini bütün vasitə və metodlarla qondarma “erməni soyqırımı”nın Avropa Parlamentinin ardınca Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına nail olmağa çağırırdı. Onun fikrincə, bu, “xristian hərəkatının və xristian ədalətinin təntənəsinin əsası” olacaqdır. Bir ildən sonra kilsənin fəal dəstəyilə rəsmi Ermənistan hökuməti indiki Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlını deportasiya etdibu respublikanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı çoxdankı planının reallaşdırılması açıq mərhələyə keçdi.

Bundan başqa, 1994-cü il dekabrın 26-da Kaliforniyada Müqəddəs Qriqori erməni kilsəsi tərəfindən keçirilən kütləvi xatirə mərasimi məşhur beynəlxalq terrorçu, çoxsaylı dinc sakinlərin ölümünə səbəb olmuş, Dağlıq Qarabağda terror qrupuna rəhbərlik etmiş və Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş ASALA liderlərindən biri Monte Melkonyana həsr edilmişdi. Məhz erməni ziyalılarının və kilsə xadimlərinin həmin təhrikedici əməlləri sayəsində bu xalq tarixin böyük cinayətinə imza atmış oldu. Belə ki, 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində 613 dinc sakinin qətlə yetirilməsinə, minlərlə insanın itkin düşməsinə səbəb oldular. Bu günə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrildi, Azərbaycanın ərazi bütövlüyü pozuldu və 20 faiz tarixi torpağı işğal edildi. Məhz erməni yazıçı və tarixçilərinin, kilsə xadimlərinin gərgin əməyi nəticəsində son 200 il ərzində bu xalq terrorçuluğa mübtəla olmuş vəziyyətə gətirildi.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2019.-12 iyul.- S.7.