Türkiyə xalqının zəfər günü

 

15 iyul qardaş Türkiyədə sülhün, demokratiyanın sabitliyin qələbə qazandığı gündür. Məhz bu tarixdə xalq dövlətə qarşı baş qaldırmış xainlərə layiq olduqları tutarlı cavabı vermiş, respublikaya uzadılmış çirkli əlləri kökündən kəsmişdi. 2016-cı il iyulun 15-də İstanbulAnkarada dövlət çevrilişinə cəhd göstərilmişdi. Xəyanətkar qruplaşmanın iyulun 16-da erkən saatlara planlaşdırdığı çevriliş cəhdi deşifrə olunmuşdu. Bununla da onlar mənfur planlarını iyulun 15-də axşam saatlarında həyata keçirməyə çalışmışdılar.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımın çağırışı ilə xalq ölkənin dörd bir yanından küçələrə axın etmiş və çevrilişə cəhdə imkan verməmişdi. Xatırladaq ki, dövlət çevrilişinə cəhdlə bağlı ilk əlamətlər iyulun 15-də axşam saatlarında Ankarada yerləşən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında özünü göstərmişdi. Belə ki, Baş Qərərgahda silah səsləri eşidilmişbir helikopterdən bayırda olanlara atəş açılmışdı. Bundan sonra Ankara səmalarında qırıcı təyyarə, “F16” döyüş təyyarələri alçaqdan uçuş etməyə başlamışdır. Qırıcılardan və hərbi helikopterdən bir sıra dövlət binasına atəş açılmış, bəzi nöqtələr bombalanmış və xalqın üzərinə tanklar yeridilmişdi.

ÖzünüYurdda sülh konseyi” adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin (TSK) rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq olunduğunu elan etmişdi. İlk növbədə Ankarada Polis Akademiyası partladılmış, sonra İstanbul Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunmuşdu.Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akarordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınmışdı. Xüsusilə qeyd etmək lazımdır ki, kağız üzərində “hərbi vəziyyət qərarı” mətnini imzalamağı rədd edən Hulusi Akarın boğazı kəmərlə sıxılmışdı. Ancaq terrorçular mənfur niyyətlərinə nail ola bilməmişlər. Hərbi forma geyiminə bürünmüş xainlər qarşısında vətənini sevən vətəndaşını görmüşdü. Yüz minlərlə vətəndaş əllərində dövlət bayrağı küçəyə çıxaraq hərbi çevirilişə cəhd edənlərə müqavimət göstərməyə başlamışlar. Xalqın da dəstəyi ilə TRT-dəki çevirilişə cəhd edənlər nəzarətə alınmış və qısa müddət ərzində televiziyanın yayımı bərpa olunmuşdur.

TSK-nın yaydığı rəsmi məlumatda aşağıdakılar qeyd olunmuşdu: Bu çevriliş cəhdi hər nə qədər Türkiyə Silahlı Qüvvələrinin bazasında başlanmış olsa da, bunu həyata keçirməyə çalışan satqınların xalqımızın peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrində Vətənini, millətini, bayrağını sevən əksəriyyətlə qətiyyən heç bir əlaqəsi yoxdur. İyulun 15-də saat 16:00-da Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən verilən məlumat Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Quru Qoşunların komandanı, ordu generalı Salih Zeki Çolak, Baş Qərargah rəisinin müavini, ordu generalı Yaşar Güler tərəfindən dəyərləndirilmişdir”.

Baş Qərargah rəisi Türkiyə Silahlı Qüvvələri Komandanlığı Hərəkətəkeçmə Mərkəzinin rəhbəri, general-mayor İlhan Kırtıla ölkənin hava məkanında ikinci bir əmrə qədər heç bir hərbi hava nəqliyyatının (təyyarə, helikopters.) uçmaması, havada olanların isə dərhal bazalarına qayıtması, Hərbi Hava Qüvvələri Komandanlığına hərbi vasitələrin uçuşlarının, Etimesgutdakı Zirehli Birliklər Məktəbinə, Təhsil Tüməni Komandanlığına tankzirehli vasitələr başda olmaqla bütün hərbi nəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması, heç bir şəkildə bayıra çıxmamaları üçün zəruri tədbirlərin görülməsi barədə əmrlər verildiyi bildirilən məlumatda Baş Qərargah rəisi müavininin əmri ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bütün hərbi nəqliyyat vasitələrinin uçuşlarının qarşısının alınması barədə təlimat verilməsi də vurğulanmışdı.

Bundan başqa, TSK-nın məlumatında bildirilmişdi ki, bütün bunlara baxmayaraq, orduda bir qrup xain özlərinə əmanət edilmiş və düşmənə qarşı istifadəsi zəruri olan silahlardan Türkiyə dövlətinə, silah yoldaşlarına və türk xalqına qarşı yararlanmağa belə tərəddüd göstərməmişlər. “Bu qeyri-qanuni dəstəyə mənsub olan terrorçu xainlər (FETÖ) Baş Qərargah rəisini 2 saylı sənədi imzalaması və televiziyada oxuması üçün təhdid etmişlər. Ancaq xainlərin bu tələbləri Baş Qərargah rəisi tərəfindən təhqiramiz ifadələrlə, sərt etirazla rədd edilmişdir”. TSK məlumatında daha sonra ictimaiyyətə açıqlanmışdı ki, yüksək siyasi liderlik, Türkiyə Silahlı Qüvvələrinin həqiqi övladları, qəhrəman polistürk millətinin terrorçu xainlərlə mübarizəsi nəticəsində xainlərə layiq olduqları cavab verilmişdir. TSK bu rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şöhrətlə dolu Türkiyə Silahlı Qüvvələrinə, türk millətinə yaşadan alçaqların ən ağır şəkildə cəzalandırılacaqlarına əmin olduğunu da bildirmişdi.

Xatırladaq ki, terrorçular Türkiyə Böyük Millət Məclisini (TBMM) belə havadan atəşə tutmuşdular. Belə ki, İstanbulda BoğaziçiFatih Sultan Mehmet köprüsünün jandarma tərəfındən bağlanılması ilə başlayan vaxt, TBMM sədri İsmail Kahraman və təxminən 50-yə qədər millət vəkilinin məclisdə olduğu zaman “F16” döyüş təyyarələri TBMM üzərində uçuş edərək parlamenti dörd dəfə bombalamışdı. Ankaranın Beştepe səmtində yerləşən Prezidentlik Sarayını bombalamaq cəhdi olsa da, xainlər məqsədlərinə nail ola bilməmişdilər. Terrorçular Muğla vilayətinin Marmaris bölgəsində bir oteldə olan Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə cəhd etsələr də, fiaskoya uğramışlar. Hadisələrlə bağlı olaraq Prezident Rəcəb Tayyip Ərdoğan, “CNN Türk” telekanalında “FaceTime” vasitəsilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırmışdı: “Mən hazırda ölkəmin Ali Baş Komandanı olaraq bunu çox açıq şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün üzvlərini, milli iradəsi olan cümhurun özünü, xüsusilə şəhərlərdə insanları meydanlara çağırıram. Bu çevrilişi edənlərə layiqli dərsi verəcəyik”. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edilmişdi.

16 iyul səhərə kimi ordupolisin birlikdə həyata keçirdikləri əməliyyatlar nəticəsində və ən əsası, türk xalqının əzmkarlığı sayəsində xəyanətin qarşısını almaq mümkün olmuşdu. Bu, Türkiyə siyasi tarixində 12 sentyabr 1980-ci il hərbi çevriliş cəhdindən 36 il sonra həyata keçirilən ilk hərbi çevriliş cəhdi olaraq tarixə düşdü. Həmin gecə ölkənin müxtəlif şəhərlərində baş vermiş insidentlərdə 248 nəfər şəhid olmuş, 2196 nəfər isə yaralanmışdı. İstanbul Bakırköy Respublika Baş Prokurorluğu, Anadolu Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin “hökuməti devirmək”, “Prezidentə qarşı sui-qəsd”, “Əhalini üsyana təhrik etmək” və digər maddələr əsasında cinayət işi qaldırılmış və günahı olanlar ədalətin mühakiməsinə verilmişdi. Bu proses hələ də davam etdirilir. Xatırladaq ki, Türkiyədə dövlət çevrilişinin keçmiş din xadimi Fətullah Gülənin lideri olduğu “FETÖ” (Fətullahçı Terror Qruplaşması) tərəfindən təşkil edildiyi bildirildi.

Həmişə Türkiyənin yanında olduğunu real addımları ilə nümayiş etdirən Azərbaycan dövləti də ilk anlardan qardaş xalqın təhlükəsizliyinə təhdid törətməyə çalışanlara qarşı olduğunu bildirmişdir. Azərbaycan xalqı 15 iyul hadisələri zamanı qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmişdir. Prezident İlham Əliyev bu hadisədən dərhal sonra qardaş ölkəyə lazımi dəstəyin göstərilməsi ilə əlaqədar tapşırıqlar vermişdi. Azərbaycan dövləti birinci olaraq bu məsələyə öz münasibətini bildirmiş və birmənalı şəkildə Türkiyənin konstitusion quruluşunu, xalqın iradəsi ilə formalaşmış hakimiyyəti dəstəkləmiş, bu hakimiyyətə qarşı xain cəhdləri qətiyyətlə pisləmiş və bu hadisəyə siyasi qiymətini vermişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 25 aprel 2018-ci ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası münasibətilə Ankarada keçirilmiş sənədlərin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında bildirmişdi ki, 2016-cı il 15 iyul xain dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hökumətinə dəstək verən ilk liderlərdən biri Prezident İlham Əliyev olmuşdu. “Azərbaycan bu gün başda “FETÖ” olmaqla, terror təşkilatları ilə mübarizəmizdə bizə ən çox dəstək verən ölkədir. Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı zamanı da istər Azərbaycan hökuməti, istərsə də Azərbaycan xalqı hər zaman bizim yanımızda oldu”, – deyən qardaş ölkənin lideri əlavə etmişdi ki, ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu güneyni anlayışla davam edir.

Prezident İlham Əliyev öz növbəsində bildirmişdi ki, Türkiyə hər zaman Azərbaycanla bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstəyin və həmrəyliyin Azərbaycana əlavə güc verdiyini açıqlayan dövlət başçımız bildirmişdir ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəkləyir, Türkiyənin terrorla mücadilə yolunda hər zaman həmrəylik göstərmişdir, hər zaman Türkiyənin yanında olduğunu ifadə etmişdir. ­Prezident İlham Əliyev “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı qardaş türk xalqını təbrik etdiyini açıqlamış və Azərbaycan xalqının bu məsələdə də hər zaman həmrəylik göstərdiyini vurğulamışdır. Bir sözlə, iki qardaş xalq arasında dərin kök atmış dostmehriban münasibətlər bu günuğurla inkişaf edirbu amil hər iki sülhsevər xalqın ümumi təhdidlərə qarşı birlikdə çıxış etməsinə və demokratik inkişaf yolunda həmrəylik nümayiş etdirilməsinə şərait yaradır.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2019.- 16 iyul.- S.2.