Əbülfəs Qarayev: Mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır

 

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyulMilli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini təbrik edib.

Təbrikdə bildirilir ki, bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığıƏkinçiqəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub. Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edirik.

Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə sovet dövrünün məlum ideoloji çərçivələrində belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verib. Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya radiolar yarandı. Ulu öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi.

Təbrikdə vurğulanır ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət qayğının gerçək ifadəsidir.

Məmnunluqla qeyd edə bilərəm ki, Mədəniyyət Nazirliyi ilə mətbuat qurumlarının fəal əməkdaşlığı sayəsində mədəni irsimiz, incəsənətimiz geniş təbliğ edilir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Bundan sonra da nazirlik olaraq bu istiqamətdə səylərimizi davam etdirərək mətbuat orqanları ilə yaxından əməkdaşlıq edəcəyik”, – deyə təbrikdə qeyd olunur.

 

Xalq qəzeti.- 2019.- 23 iyul.- S.10.