Bakıda “Jara-2019” festivalı
başlayıb
İyulun 25-də Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində
keçiriləcək “Jara
2019” Dördüncü Beynəlxalq
Musiqi Festivalının
açılışı olub.
Festivalın ilk günüdə
Filipp Kirkorov, A’Studio, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov,
Mozgi, Qlyuk’oza, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Emin Ağalarov, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani
Lopak, Lolita, Sergey Lazarev,
Albina Canabaeva, Maks Barskix, Olqa
Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, Zülfiyə Xanbabayeva, Artik & Asti, MONATIK, Vremya
& Steklo qrupları və başqaları çıxış ediblər.
İfaçılar öz repertuarlarında hit mahnıları
səsləndiriblər. Festivalın birinci
günündə Yana Çurikova
aparıcılıq edib.
Estrada ulduzları
ifalarından sonra
festival haqqında təəssüratlarını
bölüşüb, burada
çıxış etməkdən
məmnun olduqlarını
bildiriblər.
Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın
Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi
Sergey Kojevnikovdur.
AZƏRTAC
Xalq qəzeti.-
2019.-27 iyul.- S.3.