Bakıda Mərakeşin
milli bayramı qeyd olunub
Bakıda Mərakeşin milli bayramı - Taxt-Tac Günü münasibətilə
rəsmi qəbul təşkil edilib.
Qəbulda əvvəlcə Azərbaycanın
və Mərakeşin
dövlət himnləri
səsləndirilib.
AZƏRTAC xəbər
verir ki, səfir Məhəmməd
Adil Embarş tədbirdə çıxış
edərək Mərakeşin
əldə etdiyi nailiyyətlərdən danışıb. O bildirib
ki, Kral VI Məhəmmədin hakimiyyətə
gəlişindən keçən
20 il ərzində
ölkə iqtisadiyyatının
modernləşməsi, gender məsələləri və
yoxsulluğa qarşı
mübarizə milli prioritetlərə çevrilib
və bütün milli sərvətlər bu istiqamətdə səfərbər olunub. Nəticədə Mərakeş regionda
müxtəlif sektorlarda,
o cümlədən avtomobil
istehsalı, aerokosmik sənaye sahələrində
böyük uğurlara
imza atıb. Mərakeş kommunikasiya və
nəqliyyat infrastrukturunun
inşası, genişləndirilməsi
və yenilənməsi
nəticəsində regional logistika mərkəzlərindən
birinə çevrilir.
Səfir qeyd edib ki,
ölkəsi ilə Azərbaycan arasında münasibətlər müxtəlif
səviyyələrdə inkişaf
edir. Hər iki ölkə
bir çox məsələlərdə eyni
mövqedən çıxış
edir. Səfir Saxara məsələsində
konstruktiv mövqeyinə,
Mərakeşin ərazi
bütövlüyünü dəstəklədiyinə görə
Azərbaycana təşəkkürünü
bildirib. Diplomat vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi
sabit şəkildə
artmaqda davam edir. Qarşılıqlı turist səfərlərinin
sayında da artım var.
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov qəbulda çıxış edərək
bayram münasibətilə
Mərakeş xalqını
Azərbaycan hökuməti
adından təbrik edib. Bildirib ki, Azərbaycan
ortaq dini, mədəni və tarixi köklərlə bağlı olduğu ərəb-İslam ölkələri,
o cümlədən Mərakeş
krallığı ilə
əlaqələri inkişaf
etdirməyə önəm
verir. Hər iki ölkə
beynəlxalq təşkilatlar
çərçivəsində bir-birini dəstəkləyir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
probleminin ədalətli
həlli istiqamətində
Mərakeşin Azərbaycanın
haqlı mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilir.
İqtisadi sahədə də yaxşı əməkdaşlığın
olduğunu vurğulayan
nazir müavini qeyd edib ki,
2018-ci ilin martında Bakıda Azərbaycan-Mərakeş
Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində
imzalanmış sənədlər
ikitərəfli əlaqələrin
daha da möhkəmlənməsinə
xidmət edir. İndiyədək iki ölkə arasında müxtəlif sahələri
əhatə edən 23 sənəd imzalanıb. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz
var. Hər iki ölkənin
parlamentlərində dostluq qrupları fəaliyyət
göstərir.
AZƏRTAC
Xalq qəzeti.-
2019.-31 iyul.- S.3.