Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Kommunal, nəqliyyat və digər xidmətlər
üzrə güzəştlərin müavinətlərlə
əvəz olunması ilə əlaqədar həmin müavinətlərin
vətəndaşlara verilməsi Qaydalarının təsdiq
edilməsi barədə” 2002-ci il 9 yanvar tarixli 2 nömrəli və “Sosial müavinətlərin, təqaüdlərin
və kompensasiyaların təyin olunması üçün
təqdim edilən sənədlərin və məlumatların
rəsmiləşdirilməsi, baxılması və
saxlanılması Qaydaları”nın təsdiq edilməsi
haqqında” 2015-ci il 21 sentyabr
tarixli 311 nömrəli qərarlarında
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 250
Bakı şəhəri,
29 may 2019-cu il
“Müharibə
veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının
3.2-ci və 3.4-cü bəndlərinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 81; 2003, ¹ 4, maddə 217; 2006, ¹ 6, maddə 578; 2007, ¹ 2, maddə 199, ¹ 5, maddə 549; 2016, ¹ 11, maddə 1976; 2017, ¹ 5, maddə 998, ¹ 10, maddə 1914) ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”nın 1-ci hissəsindən “və “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının 1.9-cu bəndi” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1225; 2016, ¹ 7, maddə 1343, ¹ 11, maddə 1977; 2017, ¹ 12 (II kitab), maddə 2552; 2018, ¹ 2, maddə 354, ¹ 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.22-ci və 2.24-cü bəndlər ləğv edilsin;
2.2. aşağıdakı məzmunda 2.33-cü bənd əlavə edilsin:
“2.33. müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:
2.33.1. müharibə veteranı vəsiqəsinin surəti.”.
3. Bu Qərarın 2-ci hissəsi 2019-cu il aprelin 1-dən tətbiq edilir.
Novruz MƏMMƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 1 iyun.- S.8.