Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli və “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 253

 Bakı şəhəri, 3 iyun 2019-cu il

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1221-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 208 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1559; 2017, ¹ 2, maddə 305, ¹ 7, maddə 1485; 2018, ¹ 2, maddə 364, ¹ 8, maddə 1802) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə “real vaxt rejimində” sözlərindən sonra “, 7.1.5-1-ci yarımbəndində göstərilən məlumatlar isə 1 gün müddətində” sözləri əlavə edilsin;

1.2. 2.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.5. inzibati xəta haqqında üzrə qərardan sistemdənkənar verilmiş şikayət barədə məlumatları (şikayət üzrə materiallarını (ərizələri), şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında üzrə qərarı və ya məhkəmə qərarını;”;

1.3. 3.11-ci bənd ləğv edilsin;

1.4. 4.3-cü bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun seriyası və nömrəsi və ya” sözləri çıxarılsın;

1.5. 4.11-ci bənddə “əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilsin;

1.6. 4.13-cü bənd üzrə:

1.6.1. “7.1.1-ci və 7.1.2-ci yarımbəndlərində” sözləri “7.4-cü bəndində” sözləri ilə əvəz edilsin;

1.6.2. “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

1.6.3. “inzibati xəta haqqında elektron protokolunya” sözləri çıxarılsın;

1.7. 4.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.14. Sistemin istifadəçiləri inzibati xəta haqqında üzrə qərardan sistemdə yaradılan elektron kabinet vasitəsilə şikayət verə və həmin şikayətə baxılmasının nəticəsi ilə tanış ola bilərlər.”;

1.8. 4.16-cı bənddə “qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolla” sözləri “qərarla” sözü ilə əvəz edilsin;

1.9. 4.17-ci bəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

1.10. 4.21-ci bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tarixi, seriyası və nömrəsini və ya” sözləri çıxarılsın.

2. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1954) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “İnzibati xəta haqqında Elektron Protokolun” sözləri “İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ın” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “İnzibati xəta haqqında Protokolun mətninə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilsin;

2.3. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Qərar”ın və 5 nömrəli əlavə - “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi” sözlərindən sonra “, vətəndaşın fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilsin;

2.4. həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “İnzibati xəta haqqında üzrə icraatın dayandırılması haqqında Qərar”ın və 7 nömrəli əlavə - “İnzibati xəta haqqında üzrə icraata xitam verilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri, “on gün müddətində“ sözlərindən sonra “(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində)” sözləri əlavə edilsin;

2.5. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İnzibati xəta haqqında Elektron Protokol” aşağıdakı redaksiyada verilsin:

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 5 iyun.- S.2.