“Dövlət
büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
№ 254
Bakı şəhəri, 3 iyun
2019-cu il
“Dövlət borcu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD
nömrəli Qanununun tətbiqi və “Dövlət borcu
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6
avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 21 dekabr tarixli 420 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, №
6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə
105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44;
2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596;
2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr
2153, 2159; 2018, № 4, maddə 782, № 10, maddə 2181, № 12 (II kitab),
maddə 2750) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin
tərtibi və icrası Qaydaları”nın 7.7-ci bəndində
“Zəmanətçi” sözü “Zamin” sözü ilə əvəz
edilsin.
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq
qəzeti.- 2019.- 8 iyun.- S.2.