Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Təbii
fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan
malların və nəqliyyat vasitələrinin, canlı
heyvanların, tez xarab
olan malların, radioaktiv
maddələrin, kütləvi informasiya məqsədləri
üçün materialların, Azərbaycan
Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının, Azərbaycan Respublikası Mərkəzi
Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük
rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 12 dekabr
tarixli 308 nömrəli və “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin
güzəştli və sadələşdirilmiş
Qaydaları”nın təsdiq edilməsi barədə”
2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarlarında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 255
Bakı şəhəri, 4 iyun
2019-cu il
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 dekabr tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1372; 2015, ¹ 5, maddə 640) ilə təsdiq edilmiş “Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.7-ci bəndində “baytarlıq xidmətinə” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə 1223; 2015, ¹ 4, maddə 464, ¹ 5, maddə 624; 2016, ¹ 1, maddə 177, ¹ 7, maddə 1347; 2017, ¹ 9, maddə 1756; 2018, ¹ 11, maddə 2450; 2019, ¹ 3, maddə 518) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”ın 3-cü hissəsində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin” sözləri “Qida Təhlükəsizliyi Agentliyinin idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda” sözləri ilə, “; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin verdiyi” sözləri vergül işarəsi ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 8 iyun.- S.2.