Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli
243 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 259
Bakı şəhəri,
4 iyun 2019-cu il
“Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli
Fərmanının 9.2-ci bəndi- nin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017, ¹ 6, maddə 1220) ilə təsdiq
edilmiş “Balıq və digər su bioresursları ovunun
Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
7.1-ci bənddə “Azərbaycan Elmi-Tədqiqat
Balıqçılıq Təsərrüfatı
İnstitutu” sözləri “Nazirlik yanında Bioloji Müxtəlifliyin
Qorunması Xidməti” sözləri ilə əvəz edilsin.
2.
7.5.1-ci və 7.6.1-ci yarımbəndlərdə “Azərbaycan
Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı
İnstitutunun” sözləri “Nazirlik yanında Bioloji Müxtəlifliyin
Qorunması Xidmətinin” sözləri ilə əvəz
edilsin.
3. Qaydalara 7 nömrəli əlavə - “Kvota ayrılması barədə ərizə forması”nda “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri ilə əvəz edilsin.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 9 iyun.-S.2.