“İşaxtaran
və işsiz şəxslərin peşə
hazırlığının təşkili Qaydası”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
¹ 261
Bakı şəhəri, 7 iyun
2019-cu il
“Məşğulluq
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun
tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli
Fərmanının 1.2.3-cü yarımbəndinin
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İşaxtaran
və işsiz şəxslərin peşə
hazırlığının təşkili Qaydası” təsdiq
edilsin (əlavə olunur).
Novruz Məmmədov
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 13 iyun.- S.3.